Modern.az

Dünya Çempionatı-2018: 7 qol vurulan oyunda Belçika qalib oldu, Video

Dünya Çempionatı-2018: 7 qol vurulan oyunda Belçika qalib oldu, Video

23 İyun 2018, 19:22

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti günündə  “G” qrupunda yer alan Belçika və Tunis milliləri qarşılaşıblar. Modern.az xəbər verir ki,  Moskvadakı “Spartak” stadionunda keçirilən oyunda hesabı altıncı dəqiqədə belçikalılar açıblar. Tunis millisinin cərimə meydançasında yaranan mübahisəli epizod VAR sistemi sayəsində qaydalardan kənar müdaxilə kimi qiymətləndirilib. Nəticədə referi Tunis yığmasının qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Komandanın kapitanı Eden Hazard zərbəni dəqiq yerinə yetirərək komandasının ilk qolunu vurub.

İlk qoldan on dəqiqə sonra belçikalı Romelu Lukaku qapıçı ilə təkbətək çıxaraq rəqibin qapısından ikinci topu keçirib.

Oyunda əsas əks hücumlara üstünlük verən Tunis millisi 18-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb.

Birinci hissənin əsas vaxtına əlavə olunan ikinci dəqiqədə Romelu Lukaku baxımlı qol vuraraq hesabı 3:1-ə çatdırıb.

Qarşılaşmanın ikinci hissəsində də üstün oyun nümayiş etdirən Belçika yığması oyunun 54-cü dəqiqəsində bir daha fərqlənib. Eden Hazard özünün ikinci, komandasının isə dördüncü qolunu vurub.Oyunun əsas vaxtına əlavə olunmuş birinci dəqiqədə Mişa Batşuayi fərqlənib – 5:1. Lakin bu da oyunda sonuncu qol olmayıb. Bu dəfə Vaxbi Xəzri adını tabloya yazdırıb – 5:2.

Beləliklə, Belçika millisi mundialda ikinci qələbəsini qazanaraq Rusiya, Uruqvay və Xorvatiyadan sonra pley-off mərhələsinə yüksələn dördüncü komanda olub. Tunis yığması isə ikinci məğlubiyyətə uğrayaraq növbəti mərhələyə çıxmaq şansın itirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər