Modern.az

Sarkisyanın qardaşına qarşı yeyinti ittihamı

Sarkisyanın qardaşına qarşı yeyinti ittihamı

23 İyun 2018, 22:54

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşının təsisçisi olduğu “CLC Proekt kompani” şirkətinin fəaliyyəti nəticəsində dövlətə 300 milyon dram (600 min dollardan çox) zərər dəyib. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti bildirib.

 

2013-2017-ci illərdə şirkətin fəaliyyəti nəticəsində dövlət büdcəsinin gəlirləri 527 min dram (7000 dollardan çox) təşkil edib. Eyni zamanda, şirkətin hesabatlarına görə, dövlət qarşısında vergi borcları 147 milyon dram (306 min dollar) olub. Lakin bu borclar ödənilməyib. Bundan əlavə, şirkət 2016-cı ilin birinci rübü üzrə 140 milyon dram (300 min dollar) vergi ödənişlərindın yayınıb.

 

Məlum olub ki, “CLC Proekt kompani” şirkətinin direktoru və təsisçisi keçmiş prezident Serj Sarkisyanın qardaşı Levon Srarkisyandır. Səhmlərin 20%-i onun oğlu Narek Sarkisyana məxsusdur. Fond Yerevanda fəaliyyət göstərən Surb Qriqor Lusaroviç kilsəsinin ünvanında qeydiyyatdan keçirilib, lakin faktiki olaraq orada fəaliyyət göstərməyib.

 

Komitədən bildirilib ki, doqquz ünvanda, eyni zamanda şirkətin təsisçilərinin mənzillərində və Pünik fondunun ofisində axtarışlar aparılıb.

 

Dövlətə dəymiş zərərin həcmi 300 milyon drama bərabərdir. “Bilərəkdən müflisləşmə” və “vergidən yayınma” maddələri üzrə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?