Modern.az

“Sən xərçəngə qalib gəlmək gücdəsən” - Millət vəkili

“Sən xərçəngə qalib gəlmək gücdəsən”   - Millət vəkili

Aktual

24 İyun 2018, 01:02

“Dəyərli qardaşımız, sən xərçənglə neçə illərdir mübarizə aparırsan. Nə olursa olsun, həyata küsməməyinlə, sevginlə, həyat və insan eşqinlə ona qalib gəlibsən. İnanırıq ki, yenə qalib gələcəksən”. Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva tanınmış aparıcı Hacı Nuran Hüseynov haqda qeyd edib.

O bildirib ki, Almaniyadan qısa zamanda xoş xəbərlərlə səni çox istəyən dostlarını, bütün insanları sevindirəcəyinə inanır: "Allah yardımçın olsun. Dualarımızdasan. Bugünkü söhbətdən bir daha gördüm ki, sən yenə də xərçəngə qalib gəlmək gücdəsən. İnşallah, Allah yenə sənə yardımçı olacaq".

 

Qeyd edək ki, bir neçə gün əvvəl təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb. Müalicəsini davam etdirmək üçün o, sabah Almaniyaya yola düşəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir