Modern.az

İki gün əvvəl qəzada yaralanan sürücü öldü

İki gün əvvəl qəzada yaralanan sürücü öldü

24 İyun 2018, 09:34

ki gün əvvəl Qazaxda avtomobil qəzası nəticəsində ağır xəsarət alan sürücü keçinib. 

 

Modern.az-ın APA-ya istinadən məlumata görə, hadisə rayonun Kosalar kəndi ərazisində baş verib. Kənd sakini, 1972-ci il təvəllüdlü Alırzayev Nəriman Şahvələd oğlu idarə etdiyi “VAZ 2107” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yolun kənarında olan maneəyə çırpılıb.

 

 

Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq Qazax Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilmişdi. 

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?