19 iyul 2018, Cümə axşamı
Ana Səhifə - PARLAMENT - Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
Azərbaycan deputatları Türkiyədəki seçkilər haqda: “Bu dəfə də uğurlu seçim edəcəklər”
24.06.2018, 13:51

Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirilir. 

 

Modern.az saytı  qonşu ölkədəki seçkilər haqda Azərbaycan Milli Məclisinin deputatlarının fikirlərini öyrənib.

 

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyədəki seçkilərdə hansı namizədin qalib gələ biləcəyindən danışıblar.

 

Deputat Fəzail Ağamalı seçkilərdən danışarkən Türkiyənin son 15 ildə keçdiyi yola nəzər salıb

“Şəxsi fikrim odur ki, Türkiyə xalqı yenə də düzgün seçim edəcək. Bir daha Ərdoğana və onun partiyasına səs verəcək. Prezident kimi Tayyib Ərdoğan, parlamentdə isə Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) birgə daha üstün mandat qazanacaqlar. Arzu edərdim ki, xalq öz seçimində səhv etməsin. 2003-cü ildən bəri keçən zaman kəsiyində Türkiyə yüksək inkişaf mərhələsinə qədəm qoyub. Böyük inkişaf yolu keçib. Türkiyə bu gün dünyada öz sözünü deyib. Ötən əsrin 90-cı illərindən başlayaraq, Türkiyədə gedən prosesləri həm bir siyasətçi kimi, həm də bir türk olaraq diqqətlə izləmişəm. Etiraf edim ki, son 15 il ərzində Türkiyə çox böyük inkişafa sahib olub. Bugünkü Türkiyə əvvəlki Türkiyə deyil. Hansısa super güclərin, super dövlətlərin diqtəsi ilə hərəkət edən ölkə deyil. Öz xətti, prinsipi, rəyi olan bir dövlətdir. Türkiyə nə qədər güclü olarsa, bu, Azərbaycana da xeyir gətirər. Ona görə də Ərdoğanın qalib olmasını istərdim”.

 

Deputat Dilarə Cəbrayılovanın sözlərinə görə, seçkilərdə layiq olanlar qazanmalıdır.

“Seçki prosesi çox ciddi prosesdir. Son günlər seçkilərə hazırlığın yüksək səviyyədə keçdiyinə şahidlik edirdik. Təbii, qardaş ölkədə gedən seçki prosesini mən də izləyirəm. Amma seçkilərlə bağlı düşüncəm belədir. Kim yaxşı namizəddirsə, kim xalqını işıqlı yolla aparacaqsa, o da qalib gəlsin. Sadəcə, indiki durumda Türkiyəyə qadın namizədin rəhbərlik etməsini təsəvvür edə bilmirəm. Mənə görə, yenə də ən yaxşı namizəd Ərdoğandır. Son 15 ildə Ərdoğanın Türkiyəyə rəhbərliyi göz önündədir. Türkiyə uğurlu dövlət strategiyasına qədəm qoyub".

Deputat Sona Əliyeva deyir ki, xalq düzgün seçim edəcək.

“Seçkilər həmişə həssas məsələ olub. Bir ölkədə prezident, parlament seçkiləri keçirilirsə, həmin il çox məhsuldar il hesab olunur. Hazırda Türkiyə xalqı çox ciddi qərar verir. Həm öz prezidentlərini, həm də parlamentini seçir. Bir lider kimi Ərdoğanı dəstəkləyirəm və arzu edirəm ki, o da seçilsin. Çünki  Türkiyə xalqı 2016-cı ilin 15 iyul hadisələrini unutmayıb. Həmin vaxt xalq öz uğurlu seçimini etdi. Ümid edirəm ki, bu dəfə də uğurlu seçim edəcəklər. Ərdoğan siyasi lider kimi artıq nüfuz sahibidir. Türkiyənin uğurlarına hər bir azərbaycanlı sevinir. Çünki dünyada elə bir dövlət tapılmaz ki. Azərbaycan və Türkiyə kimi qardaş ölkə ola bilsin”.

 

Xatıradaq ki, bu ilin aprel ayında ölkə rəhbərliyi növbədənkənar seçkilərin keçirilməsi barədə qərar verib. Səsvermə prosesi səhər saat 8-də başlayıb. Axşam saat 5-də isə seçki məntəqələrinin qapıları seçicilərin üzünə bağlanacaq.

 

Prezidentlik üçün 6 namizəd mübarizə aparır:

Rəcəb Tayyib Ərdoğan - AKP

Meral Akşener - İYİ Partiya

Muharrem İnce - CHP

Doğu Perinçek - Vətən Partiyası

Temel Karamollaoğlu - Səadət Partiyası

Selahettin Demirtaş – HDP

Parlamentə keçirilən seçkilərdə isə 10 partiya mübarizə aparır:

Ədalət və İnkişaf Partiyası (AKP)

Müstəqil Türkiyə Partiyası

Böyük Birlik Partiyası (BBP)

Cümhuriyyət Xalq Partiyası (CHP)

Demokrat Partiya

Xalqların Demokratik Partiyası (HDP)

İYİ Partiya

Milliyyətçi Hərəkat Partiyası (MHP)

Səadət Partiyası

Vətən Partiyası

 


Namidə BİNGÖL
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu
19.07.2018, 21:13

Kanadada fövqəladə vəziyyət rejimi tətbiq olundu

ABŞ-da silahlı insident
19.07.2018, 21:03

ABŞ-da silahlı insident

Azərbaycanın təklifləri qəbul edildi
19.07.2018, 20:51

Azərbaycanın təklifləri qəbul edildi

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı
19.07.2018, 20:29

Müəllimliyə imtahan verən namizəd 59 bal topladı

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü
19.07.2018, 20:14

İlham Əliyev “Naval” qrupunun sədri ilə görüşdü

Gürcüstan prezidenti Putinə cavab verib
19.07.2018, 20:03

Gürcüstan prezidenti Putinə cavab verib

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb
19.07.2018, 20:00

Zərərli iş şəraitində işləyənlərin sayı 41 faiz azalıb

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"
19.07.2018, 19:49

Nazpəridən ETİRAF: "Fəlsəfə doktoru deyiləm"

Sumqayıtda 25 yaşlı qız itkin düşüb
19.07.2018, 19:37

Sumqayıtda 25 yaşlı qız itkin düşüb

Dövlət Miqrasiya Xidməti hesabat verdi
19.07.2018, 19:30

Dövlət Miqrasiya Xidməti hesabat verdi

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb
19.07.2018, 19:15

İlham Əliyev Parisdə Fransa Beynəlxalq Əlaqələr İnstitutunun icraçı sədri ilə görüşüb

İlham Əliyev Fransaya getdi
19.07.2018, 19:06

İlham Əliyev Fransaya getdi

İmişlinin baş həkim işdən azad olunub
19.07.2018, 19:00

İmişlinin baş həkim işdən azad olunub

Mövlud Çavuşoğlu Azərbaycana gəlir
19.07.2018, 18:52

Mövlud Çavuşoğlu Azərbaycana gəlir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb
19.07.2018, 18:34

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  
19.07.2018, 18:27

Bakıda “Heydər Əliyev: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib  

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı
19.07.2018, 18:12

Faciəvi şəkildə ölən 23 yaşlı oğlanın meyiti tapıldı

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI
19.07.2018, 18:07

Azərbaycanda 4 regional su-kanal idarəsi YARADILDI

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib
19.07.2018, 18:02

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi
19.07.2018, 17:57

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi

Neftçalada 23 yaşlı oğlan kanalda batdı
19.07.2018, 17:51

Neftçalada 23 yaşlı oğlan kanalda batdı

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi
19.07.2018, 17:35

“Nar” ucqar dağ kəndini mobil rabitə ilə təmin etdi

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb
19.07.2018, 17:32

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al
19.07.2018, 17:22

AzEdu.az portalının yeni “Çat xidməti” açıldı - Təhsilə aid sual ver, cavab al

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”
19.07.2018, 17:18

Putindən açıq HƏDƏ: “Ukrayna və Gürcüstan NATO-ya qəbul olunarsa...”

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq
19.07.2018, 17:16

Bakıda yeni açılan 2 marşrut bu tarixdən fəaliyyətə başlayacaq

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar
19.07.2018, 17:14

Beynəlxalq yay məktəbinin iştirakçıları gənclər evi ilə tanış olublar

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
19.07.2018, 17:10

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO    
19.07.2018, 17:04

Diaspor tarixində ilk - Ukraynadakı Azərbaycan təşkilatları bir araya gəldilər - FOTO  

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR
19.07.2018, 16:50

Dövlət Komitəsi jurnalistləri Qobudakı köçkün şəhərciyinə apardı - FOTOLAR

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA
19.07.2018, 16:40

Bakıda çökən yolla bağlı daha bir rəsmi AÇIQLAMA

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO
19.07.2018, 16:05

Facebook-da Bahar Muradovaya qarşı TƏXRİBAT - VİDEO

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”
19.07.2018, 15:59

“Azərbaycanda işsizlik 5 faiz səviyyəsindədir”

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir
19.07.2018, 15:56

Pirşağıda tullantı sutəmizləyici qurğunun tikitisi davam edir

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı
19.07.2018, 15:25

Tarix İnstitutunda soyqırımları ilə bağlı Beynəlxalq Mərkəz yaradıldı

ARXİV