Modern.az

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

Qoldan sonra siyasi jest edən İsveçrə futbolçuları cəzalandırıla bilər

24 İyun 2018, 17:30

İsveçrə yığmasının yarımmüdafiəçiləri Qranit Caka və Cerdan Şakiri siyasi hərəkətlərinə görə cəzalandırıla bilərlər.

 

 

Modern.az “Report” xəbər verir ki, FİFA hazırda DÇ-2018-in qrup mərhələsində Serbiyaya qol vurduqdan sonra (2:1) Albaniyanın rəmzi olan qartal işərəsi göstərən futbolçuların hərəkətlərini araşdırır.

 

Onların təxribat xarakterli hərəkətləri İntizam Məcəlləsinin 54-cü maddəsinə əsasən, 5000 İsveçrə frankı məbləğində cərimə və 2 oyunluq diskvalifikasiya nəzərdə tutur.

 

Ali futbol qurumu bu hərəkətin təxribat xarakterli olub-olmadığını araşdırmaq üçün şahid və ekspertləri sorğulamağı planlaşdırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub