Modern.az

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

Türkiyədə səsvermə YEKUNLAŞDI - Səslər sayılır

24 İyun 2018, 18:03

Türkiyədə bu gün keçirilən prezident və parlament seçkiləri başa çatıb.  

 
Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, prezident seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasından (CHP) namizədi Muharrem İnce, İYİ Partiyanın sədri Meral Akşener, Səadət Partiyasının sədri Temel Karamollaoğlu, Vətən Partiyasının sədri Doğu Perinçək və Xalqların Demokratik Partiyasından (HDP) Səlahəddin Dəmirtaş mübarizə aparıb.

 

Parlament seçkilərində isə mübarizə aparan siyasi partiyalar AKP, Milliyətçi Hərəkət Partiyası (MHP), Böyük Birlik Partiyası (BBP), CHP, İYİ Partiya, Səadət Partiyası, Demokratik Partiya, Xalqların Demokratik Partiyası, Müstəqil Türkiyə Partiyası, Müstəqil Mübarizə - HÜDA Partiyası, Vətən Partiyasıdır.

Səsvermə saat 17:00-da başa çatıb. Yüksək Seçim Kurulunun məlumatına görə, ölkə üzrə 60 milyona yaxın vətəndaşın səsvermə hüququ olub. Onlardan təxminən 3,5 milyonu xarici ölkələrdəki diplomatik korpuslarda səsvermə qeydiyyatından keçiblər. Xaricdə istifadə olunan səsvermə bülletenləri artıq ölkəyə gətirilib.

 

Türk siyasi tarixində ilk dəfə siyasi partiyaların ittifaq şəklində yarışdığı seçkilərdə bu gün 56 milyon 342 min 263 seçici ölkə daxilindəki 180 min 896 seçki məntəqəsində səs verib. İlk dəfə səsvermə hüququ əldə edən 1 milyon 650 min 171 gənc də seçki məntəqələrinə gedib.
 

Artıq səslərin sayılmasına başlanılıb. Türkiyənin Yüksək Seçim Kurulundan verilən məlumata görə, səsvermənin ilkin nəticələri iyunun 24-də yerli vaxtla 23:00-dan sonra elan olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi