Modern.az

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

AzEdu.az-ın rəsm müsabiqəsinin məktəbli qalibləri əsgərlərlə görüşdülər - FOTOLAR

24 İyun 2018, 18:24

1918-ci ilin 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan Azərbaycan Ordusunun bu il 100 yaşı tamam olur.

 

Modern.az xəbər erir ki, AzEdu.az bu münasibətlə 6-11-ci sinif şagirdləri arasında keçirdiyi “Bugünün məktəblisi, sabahın əsgəri”adlı  rəsm müsabiqəsinin qaliblərini mükafatlandırıb.

 

Dünən yarışma qəlibləri Şamaxı  rəsədxanasına gecə ekskursiyası ediblər. Daha sonra məktəblilərin  N saylı hərbi hissədə əsgərlərlə görüşü keçirilib. Onlar vətənpərvərlik mövzusunda çəkdiyi  rəsmləri əsgərlərə hədiyyə ediblər. Hərbi qulluqçular da öz növbələrində gənc “rəssamlar”a maraqlı kitablar bağışlayıblar.

 

Qeyd edək ki, layihə Müdafiə Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

 

Qaliblərin müəyyən olunmasında irrealist rəssam Soltan Soltanov, jurnalist Seymur Verdizadə və Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı münsif kimi iştirak ediblər. Rəsmlərdə keyfiyyət deyil, məzmun əsas götürülüb.

 

Yarışmanın qalibi Tovuz rayon Qovlar şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziya orta məktəbin VIII sinif şagirdi Əli Əmirov olub. Digər yerlərdə isə eyni məktəbin VII sinif Müşfiq Əsgərov,  Dilman Süleymanov adına tam orta məktəbin IX sinif şagirdi Abdullayeva Ləman, Abşeron rayonu Mehdiabad qəsəbəsi 1 saylı orta məktəbin VI sinif şagirdi Ərturan İsmayıl və Xətai rayonu 27 saylı məktəbin VI sinif şagirdi İskəndərov  Vəzirxan eyni balla qərarlaşıb.

 

Xatırladaq ki, müsabiqədə qalib gələn məktəblilərin həm Şamaxı Astrofizika Rəsədxanası, həm də hərbi hissədəki görüşlərindən hazırlanan vidoe və fotoreportajlarla  tezliklə AzEdu.az portalında tanış ola bilərsiniz.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır