Modern.az

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

Xaçmazda ağır qəza: 1 ölü, 1 yaralı

24 İyun 2018, 19:41

Bu gün axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, qəza Gəndob-Yalama yolunun Xaçmaz şəhəri ərazində qeydə alınıb.

"Toyota Prado", "Vaz 21 099" və "Vaz 2106" markalı maşınların toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  Hadisədən sonra “Vaz” markalı maşın alışaraq yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir