Modern.az

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

Türkiyədə bülletenlərin 82 faizi sayılıb: Ərdoğan liderdir - YENİLƏNİB

24 İyun 2018, 22:21

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 82 faizi hesablanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk yeri səslərin 54,11%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan  tutur.

 

İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,96%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,49%).

 

21:27

 

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 65 faizi hesablanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk yeri səslərin 55,47%-ni toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (29,22%), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,47%).

 

Namizədlərdən heç biri 50%-dən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda mübarizə aparacaq.

 

20:47

 

Türkiyədə keçirilən prezident seçkilərində bülletenlərin 42 faizi hesablanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, ilk yeri səslərin 56,98 faizini toplayan Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan tutur. İkinci yerdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Məhərrəm İncə (28,31 faiz), üçüncü isə İyi Partiyanın sədri Meral Akşenerdi (07,45 faiz).

 

Namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilməsə, birinci turda ən çox səs toplayan iki namizəd iyulun 8-də  keçiriləcək ikinci turda mübarizə aparacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı