Modern.az

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

Dünya Çempionatı-2018: Polşa qrupdan çıxa bilmədi

25 İyun 2018, 00:06

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında qrup mərhələsinin növbəti gününün sonuncu oyunu keçirilib. Modern.az xəbər verir ki, “Kazan Arena” stadionunda keçirilən oyunda “H” qrupunda yer alan Polşa və Kolumbiya milliləri qarşılaşıblar.

Qarşılaşma Kolumbiyanın böyük hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, oyunun 40-cı dəqiqəsində Yeri Mina Kolumbiyanın ilk qolunu vurub. 70-ci dəqiqədə Radamel Falkao vurduğu qolla Polşa komandasını yenidən mərkəzə dəvət edib. Oyunda son nöqtəni isə 75-ci dəqiqədə Xuan Kuadrado qoyub. Bununla da ardıcıl ikinci görüşündən məğlub ayrılan Polşa xal toplaya bilmədiyi üçün qrupda qalıb. Kolumbiya isə ilk qələbə sayəsində 1/8 finala vəsiqə şanslarını qoruyub. Bunun üçün son turda Seneqala qalib gəlmək lazımdır.

 

Dünya çempionatın ilk turunda polşalılar Seneqal yığmasına məğlub olub (2:1). Kolumbiya isə eyni hesabla Yapoiya millisinə uduzub.

 

Qeyd edək ki, Avropa təmsilçisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatının ikiqat bürünc mükafatçısıdır (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovski 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

 

Mundiallarda 1962-cı ildə debüt edən Kolumbiya millisi dünya çempionatında indiyədək altı dəfə oynamaq hüququ qazanıb. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi “Braziliya 2014”ə təsadüf edib. Həmin mundialda dörddəbir finaladək irəliləyən Kolumbiya yığması ev sahibinə 1:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir