Modern.az

Dünya Çempionatında bu gün hansı oyunlar keçiriləcək...

Dünya Çempionatında bu gün hansı oyunlar keçiriləcək...

25 İyun 2018, 08:56

Rusiyada keçirilən dünya çempionatında bu gün qrup mərhələsində son tura start veriləcək.

Modern.az xəbər verir ki, A və B qruplarının kollektivləri bu mərhələdə son görüşlərini keçiriləcəklər.

İlk olaraq A qrupunun komanları mübarizə aparacaq. Bu qrupda pley-off mərhələsinə yüksələn hər iki komandanın adı məlumdur. 2 turdan sonra xal itirməyən Rusiya və Uruqvayın mübarizəsində qrup qalibinin adına aydınlıq gələcək. 

Formal xarakter daşıyan Səudiyyə Ərəbistanı - Misir matçında isə sevinən tərəf qrupu üçüncü pillədə başa vuracaq. 


Ardınca B qrupunun kollektivləri mübarizə aparacaqlar. Son tur öncəsi burada 3 komandanın 1/8 finala adlamaq şansı var. Əsas diqqətlər İran - Portuqaliya matçına yönələcək. Bu görüşdə qalib gələn tərəf pley-off adlayacaq. Kriştiano Ronaldonun lideri olduğu portuqalları heç-heçə də qane edir. 

İspaniya isə Mərakeşə uduzmayacağı halda, qrupdakı digər matçın nəticəsindən asılı olmayaraq adını 1/8 finala yazdıracaq. 


DÇ-2018

25 iyun

A qrupu

18:00. Uruqvay - Rusiya
Baş hakim: 
Malanq Didhyu (Seneqal)
Samara. "Samara Arena" 

18:00. Səudiyyə Ərəbistanı - Misir
Baş hakim: 
Vilmar Roldan (Kolumbiya)
Volqoqrad. "Volqoqrad Arena" 

1.

Rusiya

2

2

0

0

8:1

6

2.

Uruqvay

2

2

0

0

2:0

6

3.

Misir

2

0

0

2

1:4

0

4.

S.Ərəbistanı

2

0

0

2

0:6

0


B qrupu


22:00. İran - Portuqaliya
Baş hakim:
 Enrike Kaseres (Paraqvay)
Saransk. "Mordoviya Arena" 

22:00. İspaniya - Mərakeş
Baş hakim: R
avşan İrmatov (Özbəkistan)
Kalininqrad. “Kalininqrad” stadionu 


1.

İspaniya

2

1

1

0

4:3

4

2.

Portuqaliya

2

1

1

0

4:3

4

3.

İran

2

1

0

1

1:1

3

4.

Mərakeş

2

0

0

2

0:2

0

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...