Modern.az

Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun NƏTİCƏLƏRİ

Ərdoğan neçə faizlə qələbə qazandı... - Prezident və parlament seçkilərinin yekun NƏTİCƏLƏRİ

25 İyun 2018, 09:04

Türkiyədə növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə dair səsvermənin nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilib və onun sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) seçicilərin etimadını qazanıb.


Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Yüksək Seçki Kurulunun (YSK) sədri Sədi Güvən məlumat verib. O, sədri bildirib ki, ölkə üzrə 59.354.840 seçicinin 87 faizdən çoxu səsvermədə iştirak edib.

Ən son məlumatlara görə, seçicilərin 52.5 faizi Rəcəb Tayyib Ərdoğana etimad göstərib.


Muharrem İnce seçicilərin 30,7 faizinin səsi ilə ikinci yerdə qərar tutub.

HDP-nin namizədi Selahettin Demirtaş 8,4 faiz, İyi Partinin başqanı Meral Akşener 7,3 faiz, Səadət Partiyasının namizədi Temel Karamollaoğlu 0,9 faiz, Vətən Partiyasının namizədi Doğu Perinçek isə 0,2 faiz səs toplayıblar.


Parlament seçkilərinə keçirilən səsvermədə isə Ədalət və İnkişaf Partiyası ilə Millətçi Hərəkat Partiyasının birləşdiyi “Cümhur İttifaq”ı birinci yeri qazanıb – 53,62 faiz.


Beləliklə, Türkiyə Böyük Millət Məclisindəki 600 mandatın 293-nü Ədalət və İnkişaf Partiyası qazanıb.


Digər mandatların 146-sı Cümhuriyyət Xalq Partiyasının, 67-si isə Xalqların Demokratik Partiyasının, 50-si Millətçi Hərəkat Partiyasının, 44-ü isə İYİ Partiyanın payına düşüb.

Parlamentdəki yer bölgüsü deməyə əsas verir ki, "Cümhur İttifaqı"nda birləşən AKP və MHP yeni hökumətin qurulmasında vaxt itkisinə yol verməyəcəklər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi