Modern.az

Bolqarıstan baş naziri Ərdoğanı təbrik etdi  

Bolqarıstan baş naziri Ərdoğanı təbrik etdi   

25 İyun 2018, 09:54

Bolqarıstan baş naziri Boyko Barisov telefonla Rəcəb Tayyib Ərdoğanı Türkiyə prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Modern.az Bolqarıstan hökumətinin mətbuat xidmətinin saytına istinadən xəbər verir ki, telefon danışığı zamanı baş nazir həmçinin immiqrant probleminə də toxunub.

“İnanıram ki, biz regionda sülh və stabillik üçün immiqrasiya sahəsində əməkdaşlığı davam etdirəcəyik” – Barisov bildirib.

O, həmçinin Türkiyə prezidentini əmin edib ki bazar günü keçirilmiş sammitdə Avropa Birliyi (AB) lideri Türkiyə ilə razılaşmanın yerinə yetirilməsini və söz verilən məbləğin ödənilməsini tələb edib.

Xatırladaq ki, Türkiyə və AB arasında 29 noyabr 2015-cildə immiqrantlarla bağlı razılıq əldə olunub. Bu razılaşmaya əsasən, Türkiyə immiqrantları öz sərhədlərindən AB-yə buraxmır. Əvəzində AB ilə vizasız rejim əldə olunur və öz ərazisində yerləşdirdiyi miqrantlar üçün 3 milyard dollar təzminat alır.

Qeyd edək ki, 24 iyun 2018-ci ildə Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Seçkilərin son nəticələrinə görə Rəcəb Tayyib Ərdoğan 52,5 % səslə Türkiyə prezidenti seçilib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir