Modern.az

Füzuli bölgəsində taxıl biçini hələ yekunlaşmayıb

Füzuli bölgəsində taxıl biçini hələ yekunlaşmayıb

25 İyun 2018, 10:11

Ölkə başçısı İlham Əliyevin respublikada ərzaq bolluğunun yaradılması, əhalinin mühüm strateji məhsul olan taxıla olan tələbatının daxili imkanlar hesabına ödənilməsini təmin etmək barədə verdiyi tapşırıq və göstərişləri cəhbə bölgəsində yerləşən Füzuli rayonunda qarşıda duran ən vacib və strateji əhəmiyyətə malik məsələlərdəndir.


Aqrar rayon olan Füzulidə insanlar əsasən taxılçılıq, pambıq, barama, şəkər çuğunduru və heyvandarlıqla məşğul olurlar.


Füzuli rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, cari təsərrfat ilində rayonda ümumilikdə 36419 hektar sahədə dənli-taxıl bitkisi əkilib ki, bunun da 28894 hektarı buğda, 8025 hektarı isə arpadır. Hazırda rayonda taxıl biçini davam edir. Bu günə kimi ümumilikdə 21500 ha sahədə biçin aparılıb. Rayonda arpa biçini başa çatıb. Arpa əkilmiş sahələrdə orta məhsuldarlıq 29.5 sentner, buğda əkilmiş sahələrdə isə 31.2 sentnerdir.


Rayonda taxıl biçininin iyulun 10-a kimi tam başa çatdırılması nəzərdə tutulur. Taxıl biçinin operativ, itkisiz və kompleks şəkildə həyata keçirilməsi üçün rayon Qərərgahı fəaliyyət göstərir.


Artıq 6 ildir respublika üzrə 100 min tondan artıq məhsul istehsal edən Füzuli rayonunda bu il də bol məhsul istehsal olunacağı gözlənilir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır