Modern.az

Gəncədə YAP fəalları “atışdılar” - FOTOLAR

Gəncədə YAP fəalları “atışdılar” - FOTOLAR

Aktual

25 İyun 2018, 10:51

Gəncədə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə YAP Gəncə şəhər təşkilatı Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş peyntbol yarışı keçirib.

 

Yarışda YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəal gənclərindən ibarət 6 komanda iştirak edib. Finala vəsiqə qazanan 3 komanda böyük həvəslə birincilik uğrunda mübarizə aparıb.

 

Gərgin idman mübarizəsi şəraitində keçən yarışın finalında Azərbaycan Dövlət Aqrar Universitetinin komandası rəqib komandadan güclü olduğunu nümayiş etdirib. Gəncə Regional Kollecinin tələbələri yarışı ikinci, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəalarından ibarət komanda isə üçüncü pillədə başa vurub.

Komandaların mükafatlandırılması mərasimində çıxış edən YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Yüksəl Məmmədov peyntbol hərbi-idman oyununun gənclərin fiziki sağlamlığını qorumaq, hərbi-vətənpərvərlik ruhunu gücləndirmək, silahdan atış vərdişlərini təkmilləşdirmək, asudə vaxtın səmərəli təşkilinə nail olmaq və bu növdə ən güclü idmançıları müəyyənləşdirmək məqsədilə keçirildiyini bildirib.

 

Sonda yarışın mükafatçıları Fəxri Fərmanla təltif ediliblər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür