Modern.az

Cənubi və Şimali Koreyada yaşayan qohumlar görüşdürüləcək  

Cənubi və Şimali Koreyada yaşayan qohumlar görüşdürüləcək   

25 İyun 2018, 11:01

Cənubi Koreyada bazar ertəsindən etibarən Şimali Koreyadakı qohumları ilə görüşmək istəyən şəxslərin seçimi başlayıb.

Modern.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, iki tərəf arasında əldə olunmuş razılığa əsasən,  həmin şəxslər avqustda öz qohumları ilə görüşmək üçün Şimali Koreyaya gedəcəklər.

İyunun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Şimali Koreya ilə Koreya Respublikası arasında görüş keçirilib.

Görüşdə 1950-1953-cü illər müharibəsi nəticəsində ayrı düşərək, hər iki tərəfdə məskunlaşmış ailə üzvlərinin görüşməsi üçün razılıq əldə olunub.

Razılığa əsasən, avqustun 20-dən 26-na kimi ayrı düşmüş ailə üzvləri arasında görüşlər təşkil olunacaq.

Agentliyin məlumatına əsasən, BQXK tərəfindən hazırlanmış meyarlar uyğun gələn minlərlə insan artıq cənubi Koreya tərəfindən görüş üçün müraciət edib.

Bu gün kompüter seçimdə iştirak edə bilmək üçün təsadüfi seçimlə 500 nəfərin adını müəyyənləşdirəcək. Daha sonra isə Şimaldakı qohumlarının taleyinin müəyyən olunması üçün onlardan 200 nəfərin adı seçilərək Şimali Koreya tərəfinə təqdim olunacaq.

Qeyd edək ki, Cənubi Koreyada müharibə nəticəsində öz yaxınlarından ayrı düşmüş 57 min insan qeydə alınıb. Onların əksəriyyəti öz ailə üzvlərini 1953-cü ildən bəri görə bilməyib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir