Modern.az

Leysan yağışları Daşkəsəndə problem yaratdı

Leysan yağışları Daşkəsəndə problem yaratdı

25 İyun 2018, 11:25

Bu gecə Daşkəsəndəki leysan yağışları nəticəsində rayonun kəndlərini elektrik enerjisi ilə təmin edən 3 əsas xətdə problem yaranıb.

“Azərişıq” ASC-nin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, rayonun elektrik enerjisi infrastrukturuna ziyan dəyib. Elektrik enerjisi verilişində əsas problemlər Daşkəsənin çayqırağı kəndlərində qeydə alınıb.

ASC-nin əməkdaşları, mal-material və texnika gecədən etibarən hadisə yerinə göndərilib. Onların səyi nəticəsində fəaliyyəti dayanmış 3 elektrik verilişi xətlərindən 2-nin işi artıq bərpa edilib. Əsas ziyan dəymiş kəndlərdən olan Xoşbulaq kəndinə elektrik enerjisinin verilişi yaxın saatlarda bərpa olunacaq.

Qaraqullar kəndində elektrik enerjisinin bərpası üçün də işlər aparılır. Təbii fəlakət nəticəsində həmin kəndə gedən yollar bağlandığı üçün mal-material və texnikanı əraziyə çatdırmada çətinliklər var. Təbii fəlakətin fəsadlarını aradan qaldırmaq üçün əraziyə yeni dayaqlar gətirilib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir