Modern.az

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi

Azərbaycanın ÜDM-i artıb: Nazir tapşırıq verdi

25 İyun 2018, 11:54

Prezidentin “Büdcə sistemi haqqında” 2002-ci il 2 iyul tarixli Qanununa və “Büdcə sistemi haqqında” Qanununun tətbiq edilməsi barədə” Fərmanına əsasən, İqtisadiyyat Nazirliyi Azərbaycanın növbəti büdcə ili və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərini hər il hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməlidir.

 

Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bununla əlaqədar Nazirlər Kabinetinin 6 iyun 2018-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi tərəfindən 2019-cu il və növbəti üç il üçün ölkənin iqtisadi və sosial inkişafının proqnozlarının hazırlanmasının aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməsi üçün aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya yaradılıb.

İyunun 23-də Bakı Biznes Mərkəzində Komissiyanın iclası keçirilib.

İclasda İqtisadiyyat naziri Şahin Mustafayev son illər ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın davamlı və rəqabətqabiliyyətli inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər və kompleks islahatların mühüm əhəmiyyətini vurğulayıb.

 

Qeyri-neft sektorunun stimullaşdırılması, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, özəl sektora təşviq mexanizmlərinin tətbiqinin genişləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, məqsədyönlü islahatlar nəticəsində dayanıqlı sosial-iqtisadi inkişaf təmin olunub, 2018-ci ilin yanvar-may aylarında Azərbaycanda Ümumi Daxili Məhsul (ÜDM)  1.1%, qeyri-neft sektoru 1.9%, qeyri-neft sənayesi 8.1% artıb.

Komissiyanın iclasında ölkənin iqtisadi və sosial inkişafının proqnozlarının hazırlanmasında aidiyyəti orqanların fəaliyyətinin əlaqələndirilməsi məsələləri müzakirə edilib, Komissiya üzvlərinin tövsiyə və təklifləri dinlənilib.

 

Tədbirdə proqnozların hazırlanaraq Komissiyaya təqdim edilməsi barədə aidiyyəti tapşırıqlar verilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!