Modern.az

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”

Putin Ərdoğana: “Qələbə sizin böyük avtoritetinizdən xəbər verir”

Dünya

25 İyun 2018, 12:15

Rusiya prezidenti Vladimir Putin  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı seçkilərdəki qələbəsi münasibəti ilə təbrik edib.

 

Modern.az Kremlin rəsmi saytına istinadən xəbər verir ki, Putin təbrik zamanı ikitərəfli münasibətlərə də toxunub.

“Səsvermənin nəticələri Rəcəb Tayyib Ərdoğanın böyük siyasi avtoriteti, Türkiyənin qarşısında duran sosial-iqtisadi  problemləri həll etmək və xarici siyasətdə ölkənin mövqeyini gücləndirməsindən xəbər verir” – Putin bildirib.

 

O Ərdoğanın siyası kursunun Türkiyəyə böyük gələcək vəd etdiyini qeyd edib.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar