Modern.az

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB

Yerevan meriyası önündə aksiyalar BAŞLAYIB

25 İyun 2018, 12:23

Ermənistan paytaxtı Yerevanda etirazçılar şəhər meriyasının girişlərindən birini bağlayıblar.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar mer Taron Marqaryanın istefasını tələb edirlər.

Onlarla insan girişi bağlayaraq heç kimi meriyaya buraxmırlar.

 

Etirazçılar dünən yayılmış və Marqaryanın əleyhinə olan videomaterialı əsas gətirərək onun istefasını tələb edirlər.

 

Maraqlısı burasıdır ki, girişlərdən biri hələ də açıqdır.

Qeyd edək ki, internetdə yayımlanmış və Yerevan meri Taron Marqaryanın əleyhinə olan videoda onun əmlakları və sərvəti göstərilib. Etirazçılar isə onun bütün ömrü boyu məmur olduğu halda bu qədər sərvəti necə yığdığına etiraz edirlər.

 

Əvəz ZEYNALOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub