Modern.az

İran prezidenti də Ərdoğanı təbrik etdi

İran prezidenti də Ərdoğanı təbrik etdi

25 İyun 2018, 12:44

İran prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı növbəti dəfə prezident seçilməsi münasibəti ilə təbrik edib.

 

Modern.az “Habertürk”ə istinadən xəbər verir ki, bu barədə İran prezidentinin rəsmi internet səhifəsində yazılı təbrik yerləşdirilib.

 

“Prezident seçkilərində qələbəniz və səslərin xalqın sizə inamını yenidən göstərməsi münasibəti ilə sizi  sevinc və xoşbəxtliklə təbrik edirəm. Prezidentliyin dövründə güclü dini, tarixi və mədəni bağları olan iki ölkənin yaxşı qonşuluq şəraitində islam dünyasında və bölgədə qarşılıqlı maraqlara hörmət, sülh və barışın güclənməsi üçün qarşılıqlı əlaqələrə ümid edirəm. Allaha siz və qardaş Türkiyə xalqına səadət və xoşbəxtlik üçün dua edirəm” – yazılı təbrikdə qeyd edilib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?