25 mart 2019, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - “Qırmızı körpü”nün sındırıldığı yerdən REPORTAJ
“Qırmızı körpü”nün sındırıldığı yerdən REPORTAJ +
25.06.2018, 14:07

Bizi qonşu Gürcüstanla birləşdirən “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsi... Əski karvan yolunda Xramçayın üstündən atılmış bu möhtəşəm abidə el arasında "Qırmızı körpü” adıyla da tanınır. Körpünün uzunluğu 175 metrdir və 4 aşırımdan ibarətdir: işlək yolun eni 4,3 m, çıxışlarda isə 12,4 metrdir. Arran ərazisində ilkin quruluşunu saxlamış yeganə çoxaşırımlı körpüdür. Sahil bölümlərinin içərisində iri karvansaraların olması körpünün karvan marşrutunda böyük əhəmiyyət daşıdığını, həm də ətrafında mühüm ticarət qovşaqlarından birini təşkil etdiyini göstərir.

Tarixi mənbələrdə körpünün adı ilə bağlı müxtəlif versiyalar var. Bəzi mənbələrə görə, “Qırmızı körpü” adı tikintidə istifadə olunmuş qırmızı daşa görə, “Sınıq körpü”adı isə çay axınının 95 m aşağıda daha qədim körpünün xarabalarına görə verilib. Orta yüzilliklərə aid məlumatlarda körpünün nəinki Azərbaycan və Gürcüstanı, eləcə də Avropa və Asiyanı, bütün Yaxın Şərq ölkələrini birləşdirdiyi qeyd olunur. Deyilənlərə görə, Çin səddindən başlayaraq “İpək yolu” adlanan yol, bu körpüdən keçirmiş.
İngilis tarixçisi Poup və sənətşünaslıq doktoru L.Bretanitski körpünün salınması tarixini XII yüzilə aid edir.


VII-VIII yüzil alban tarixçisi Moisey Kalankatlı özünün “Alban tarixi” əsərində yazır: “Knyaz Feodil Uti vilayətinə gələrək (Uti vilayəti o vaxtlar Qafqaz Albaniyasının Gürcüstanla sərhəd olanvilayətlərindən biri olub) “Sınıq körpü”  yaxınlığında Kür çayı sahillərində yerləşdi”.

Buradan belə aydın olur ki, Moisey Kalankatlı tərəfindən “Alban tarixi” yazılan vaxtlar körpü dağılmışdı və “Sınıq körpü” adlanırdı. Körpünün tikintisi ilə əlaqədar yazılı daşların birində onun memarının Qəzvinli Məhəmməd ibn Osmanın olduğu, XI yüzildə salındığı göstərilir.


Tarixçi Beri Eqnateşvilinin yazdığına görə,1633-cü ildə İran şahının Gürcüstan taxtına çıxartdığı çar Rostom (Xosrov Mirzə) Xram çayına baş çəkib və “Sınıq körpü”nün olduğu Xunana gəlib. Beri Eqnateşvili “Çar Rostom (Xosrov Mirzə) tərəfindən yenidən tikildiyini xatırlayır. Araşdırmaçı Mirzə Məmmədoğlunun qeydlərində deyilir: “Həmin “Sınıq körpü”nün xarabalıqları yaxınlığında qırmızı kərpiclə yeni körpü tikilir ki, bu da qırmızı kərpiclərə görə “Qırmızı körpü” adını daşıyıb. Həmin vaxtdan körpünün adı paralel olaraq “Sınıq körpü” və “Qırmızı körpü” adlanıb. Belə ki, Mirzə Camal Cavanşir Qarabaği qırmızı kərpiclə tikilmiş bu körpünü rusların “Qırmızı körpü” adlandırdığını bildirir. Onun “Qarabağnamə” əsərində qeyd edilir: “Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədi belədir: cənub tərəfdən Xudafərin körpüsündən “Sınıq körpü”yə qədər - Araz çayıdır. İndi (“Sınıq körpü”) Qazax, Şəmşəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə “Krasnı most”, yəni “Qızıl körpü” adlandırırlar”.

Tarixçi Platon İoseliani 1850-ci ildə yazırdı: “Qədim şəhər (Xunan-M.M.) yaxınlığında çar Rostom (Xosrov Mirzə - M.M.) memarlığı indiyədək səyyahları təəccübləndirən daş körpü inşa etmişdir. O “Qırmızı körpü” adı ilə tanınır”.

“Qırmızı körpü”nün inşasının başa çatdırılmasından sonra çar Rostom körpü həndəvərlərində yolüstü yaşayış məntəqəsi salmaq qərarına gəlir. Onun sakinləri körpünü qorumaq, eləcə də səyyahlara və ticarət karvanlarına xidmət üçün nəzərdə tutulmuşdu. Bu məqsədlə bura Güney Qafqazın müxtəlif rayonlarından kəndlilər köçürülür. Onların məskunlaşdığı yer Körpükənd adlanır. 1860-cı ildə bu yerə gələn professor B.Dorn məlumat verir: “Xram çayı üzərində salınmış körpünü ruslar “Qırmızı körpü” adlandırır; gürcülər isə “Qatexili xidi” (yəni “Sınıq körpü”), - orada mövcud olan Körpü kəndi tamamilə yox olub”.



Körpüdə durum ağır olduğuna görə burda yeni məskunlaşan əhali başqa-başqa yerlərə pənah aparır. D.E.Zubarov yazır ki, körpünün inşası üçün fəhlələr pulla tutulmuşdu.

“Ordakı sakinlərdən heç nə tələb olunmurdu, təkcə Qazax və Borçalı distansiyasının hər bir erməni kəndindən bir ailə gətirilərək, bu körpünün önündə yerləşdirilmişdi. Onlar həmin fəhlələri yedirib yatırırdılar. Həmin ailələr kəndi təşkil etmişdi ki, onun da adı Körpülü adlanırdı. Körpünün inşası başa çatandan sonra çar tərəfindən fəhlələrə baxan Q.Yadigarova bağışlanmışdır — onun indiki sakinləri kəndin əvvəlki adını saxlayaraq, Borçalı dağlarında məskunlaşmışdır”.


Azərbaycan Respublikasının əməkdar memarı, memarlıq namizədi, Ömər Qoçulu “Ulu körpü” qəzetinin 20 iyul 2004-cü il tarixli nömrəsində dərc olunmuş “Sınıq körpü” yazısında qeyd edir: “Tarixi mənbələrdə göstərilir ki, körpünün böyük tağı XVIII yüzilliyin axırlarında Tiflisdən geri dönən Ağa Məhəmməd şah Qacarın əmri ilə təqibdən arxayın olmaq üçün sındırılıb. Çox güman ki, körpünün “sınıq” adı o vaxtdan qalmadır”.

 

İdxal-ixrac əməliyyatları jurnalistlərin gözü ilə...

 

Bakıdan yola çıxan avtobus 6 saatlıq yolculuqdan sonra bizi təyinat nöqtəsinə çatdırdı. Budur, gürcü qonşularımızla sərhədd rolunu oynayan “Sınıq körpü”dəyik. İllərdir sıxlığından əziyyət çəkən vətəndaşların, saatlarla sərhədi keçmək üçün gözləyən nəqliyyat vasitələrinin saxlanıldığı o körpü...

Bizi Tovuz rayonu “Sınıq körpü” buraxılış məntəqəsinin böyük darvazası qarşısında Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin nəzdində Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov qarşıladı. A.Abasov bildirdi ki, gömrük prosedurları məhz bu qapıdan başlayır. Media turun təşkilində məqsədin gömrük sərhəd buraxılış məntəqələrində yeni texnologiya və texnikaların tətbiqilə bağlı olduğunu bildirən Komitə rəsmisi başlanğıc nöqtədən gömrük zonasını tərk edənədək bütün prosedurları və incəlikləri təmkinlə jurnalistlərə izah etdi.



Sonra Nəqliyyat vasitələrinin idxal gömrük nəzarəti xəttinə baş çəkdik. A.Abasov dedi ki, Azərbaycan ərazisinə daxil olan nəqliyyat vasitəsi “petlə”nin üzərinə çıxan kimi onun dövlət nömrə nişanı və fotosu qeyd edilərək, bazaya ötürülür:


“Sonrakı mərhələdə nəqliyyat vasitəsi yüklü tərəzinin üzərinə çıxarılır. Müasir standartlara cavab verən tərəzi maşının enini, uzunluğunu, hündürlüyünü, qabaritlərini ölçür və hər bir oxa düşən çəkini qeyd edir. Yeni tətbiq edilməyə başlayan “TRS” sistemi (sərhədkeçmə vaxtının ölçülməsi) vasitəsilə nəqliyyat vasitələrinin və malların qeydiyyatının ölçülməsi baş tutur. Sistem 3 rejimdən ibarətdir: birinci rejim 20 dəqiqəyədək, ikinci rejim 1 saatadək, üçüncü rejim 1 saatdan yuxarı müddətdə qeydiyyatdan keçən nəqliyyat vasitələrini əhatə edir”.


Şöbə rəisinin sözlərinə görə, gün ərzində gömrük məntəqəsində təxminən 2 minə yaxın nəqliyyat vasitəsinin giriş-çıxışı qeydə alınır. Bunlara yük avtomobilləri, minik avtomobilləri, dartıcılar, avtobuslar, qoşqular və s. daxildir.

Rəsmi statistikaya görə, bu gömrük postu üzrə 2018-ci ilin may ayında nəqliyyat vasitələrinin keçid müddəti 20 dəqiqəyədək 57.10 faiz, 20 dəqiqədən 60 dəqiqəyədək 33.93 faiz, 60 dəqiqədən yuxarı isə 9.28 faiz təşkil edib.

 

Kağız sənədlərdən elektron sistemə keçid - “Bir pəncərə”

 

A.Abasov bildirdi ki, çəkinin ölçülməsindən sonrakı mərhələ qeydiyyat mərhələsidir:


“Nəqliyyat vasitəsi idxal nəzarət məntəqəsinə daxil olur. Sürücü öz sənədlərilə “Bir pəncərə”yə yaxınlaşır. Sənədlər təqdim edildikdən sonra sürücünün iştirakı ilə nəqliyyat vasitəsinə fiziki baxış keçirilir. Sənədlər bir yerdən təqdim edildiyinə və geri qaytarıldığına görə bu, “Bir pəncərə” sistemi adlanır. Sistem 2 noyabr 2008-ci ildən prezident İlham Əliyevin fərmanı ilə yaradılıb və 2009-cu il 1yanvar tarixindən etibarən tətbiq edilməyə başlayıb. Gömrük qurumları ilə yanaşı, digər qurumlar-Kənd Təsərrüfat Nazirliyində baytarlıq və fitosanitar xidmətləri, Səhiyyə Nazirliyində səhiyyə-karantin xidməti, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Vergilər Nazirliyi, Mərkəzi Bank və digər rəsmi orqanlar “Bir pəncərə” sistemini tətbiq edirlər. Bu sistemə qədər bütün elektron məlumat mübadiləsi kağız, yaxud elektron daşıyıcı vasitələr üzərindən icra edilirdi. Bu isə əlavə vaxt itkisi və problemlərə yol açırdı.

“Bir pəncərə”dəki əməkdaşların hər birinin öz səlahiyyət və funksiyaları var. Hər kəs ona aid məsələləri həll etdikdən sonra öz imzası ilə təsdiq edir. Bütün prosedurlar yekunlaşdıqdan sonra nəqliyyat vasitəsinə ölkəyə girmək üçün “buraxılış” verilir. Ümumilikdə bu proses avtomobil və yükə dair sənədlər qaydasında olduğu halda 15 dəqiqə ərzində yekunlaşdırılır. Fiziki baxış keçirildikdən sonra mexaniki-elektron kilidlə (GPS) təmin edilən nəqliyyat vasitəsi təyinat məntəqəsinə yola salınır”.

 

GPS xidməti vasitəsilə təyinat nöqtəsinədək izləmə

 

A.Abbasovun sözlərinə görə, 2018-ci ilin may ayından etibarən işə düşən “SMS sistemi” vasitəsilə sahibkara bu barədə təsdiq SMS gedir. Eyni zamanda, nəqliyyat vasitəsi, mal təyinat nöqtəsinə çatdıqda, bununla bağlı sahibkara ikinci SMS göndərilir. Hazırda bütün proseslər barədə sahibkarı xəbərdar etmək üçün SMS göndərilməsi üçün müvafiq işlər görülməkdədir.


Qurum rəsmisi qeyd etdi ki, GPS xidmətinin əsas funksiyası nəqliyyat vasitəsinin təhlükəsiz şəkildə təyinat məntəqəsinə çatmasını izləməkdən ibarətdir:

“Belə ki, nəqliyyatın trayektoriyası hədəf mərkəzindən izlənilir. Nəqliyyat vasitəsi onun üçün təyin edilən trayektoriyadan çıxaraq başqa istiqamətə hərəkət edərsə, dərhal GPS xidməti siqnal ötürür və həmin nəqliyyatın hansı səbəbdən qeyd edilən xətdən çıxması aydınlaşdırılır. Bunun üçün həmin əraziyə ən yaxın mobil qruplara məlumat verilərək nəqliyyat vasitəsinin tapılması monitor vasitəsilə təmin edilir. Bu qurğuların hər hansı bir şəkildə qırılması, açılması mümkün deyil. Bu GPS kilidlərin 3 açarı olur və onların heç biri digərini aça bilmir. Yəni “Sınıq körpü”yə aid olan açar digər sərhəd buraxılış məntəqəsində yoxdur”.

 

Ticarət asanlaşdırılır…

 


Dövlət Gömrük Komitəsində Gömrük Nəzarəti Təşkili Baş İdarəsinin əməkdaşı Rövşən Namazov bildirdi ki, “Sınıq körpü” buraxılış məntəqəsi ölkənin əsas keçid məntəqələrindən biridir:

“Bu keçid məntəqəsində yüklülüyün azaldılması, növbələrin aradan qaldırılması, mal və nəqliyyat vasitələrinin tam şəkildə buraxılışının həyata keçirilməsi istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən bir sıra layihələr həyata keçirilməkdədir. 2016-cı ildə Avropa İttifaqının Şərq Tərəfdaşlığı paneli çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Dövlət Gömrük Komitəsi tərəfindən “Sınıq körpü” məntəqəsinin inkişafına dəstək layihəsi həyata keçirilir. Həmin layihə daşımların təhlükəsizliyinin, mal və nəqliyyat vasitələrinin sürətli buraxılışının təmin edilməsi əsas prinsiplər kimi icra olunur. Yaxın zamanlarda tikintisi başa çatdırılacaq Ticarətin Asanlaşdırılması Mərkəzi gömrük, baytar, sanitar, fiitosanitar nəzarətinin gömrük məntəqəsinin yaxınlığında olan terminal ərazisində başa çatdırılmasına şərait yaradacaq”.
 

“Gürcüstandan Azərbaycana ərik, gilənar, “Natakhtari” daşınır”

 

Sərnişinlərin buraxılış məntəqəsindəyik. Gündüz saat 11-12 radələri olduğundan buraxılış məntəqəsində ənənəvi, alışdığımız uzun növbə, sıxlıq yoxdur. Tovuz Gömrük İdarəsi Sərnişin şöbəsinin rəisi Eldar Əhmədov bildirdi ki, mövsümlə əlaqədar olaraq, hazırda Gürcüstandan Azərbaycana gediş-gəlişdə artım müşahidə edilir.

 

“Mövsümlə əlaqədar gün ərzində 8 min giriş-çıxış qeydə alınır. Hətta elə günlər olur ki, buraxılış məntəqəsindən giriş-çıxış 10 min nəfəri keçir. Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən, vətəndaş 1 ay ərzində 1 dəfə olmaqa 30 kiloqramadək qarışıq ərzağı özüylə apara bilər. Eyni zamanda, ay ərzində vətəndaşa 3 blok (600 ədəd) siqaret və 3 litr spirtli içkinin respublikaya idxalına icazə verilir.

Təminat proqramına əsasən, vətəndaş ayın əvvəlində müəyyən edilən çəkidə ərzaq gətiribsə, bu halda akt tərtib edilirək müvəqqəti saxlanc anbarına verilir. Vətəndaş həmin ərzağı 3 gün ərzində geri apara bilər”.

E.Əhmədovun sözlərinə gün ərzində təxminən 700-800 bəyənnamə çap olunur. Onlardan təxminən 400 nəfərində müəyyən edilmiş normadan artıq ərzaq müəyyən edilərək müvəqqəti saxlanc anbarına təhvil verilir. Hazırda Gürcüstandan Azərbaycana daha çox meyvə, xüsusilə ərik, gilənar və “Natakthari” limonadları gətirilir.

 


“Sınıq körpü”də uzun növbərlərə son qoyulması istiqamətində addımlar…

 

Rəsmilərin bildiridiyinə görə, Azərbaycan-Gürcüstan sərhəddində yeni sərhəd keçid məntəqəsinin tikilməsi üçün ikitərəfli razılıq əldə olunub. Hazırda Azərbaycanla Gürcüstan arasında 2 quru yolla-"Sınıq körpü" gömrük buraxılış məntəqəsi və Sadıxlı gömrük buraxılış məntəqəsi vasitəsilə əlaqə yaradıla bilir.

İkitərəfli razılaşmaya əsasən, Sadıxlıda beynəlxalq standartlara uyğun ikinci post tikiləcək. Bu tamamilə yeni prinsiplərlə işləyən bir post olacaq. Yeniliyin əsəs mahiyyəti "1 stop" prinsiplərinə əsaslanacaq. Yəni Azərbaycan tərəfində yoxlanılan mal Gürcüstanda yoxlanılmayacaq. Yaxın vaxtlarda tikintisinə start veriləcək məntəqə bütün xidmətləri əhatə edəcək. Oradan həm piyada, həm minik, həm də yük avtomobilləri üçün keçid olacaq. Məntəqənin tikilməsilə gələcəkdə Azərbaycanla Gürcüstan arasında yerləşən "Sınıq körpü" sərhəd keçid məntəqəsində yaranan sıxlığın yarıbayarı azalacağı proqnozlaşdırılır…


Bakı-“Sınıq körpü”-Bakı

 

"Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda yazı müsabiqəsinə təqdim olunur


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan - Litva: heyətlər açıqlandı
25.03.2019, 17:40

Azərbaycan - Litva: heyətlər açıqlandı

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   
25.03.2019, 17:17

Tanıdığınız tanışlar: Məşhur yazarı tanıya bildiniz?..   

Universitetlər müəllimlərə nə qədər maaş verir...   
25.03.2019, 16:57

Universitetlər müəllimlərə nə qədər maaş verir...  

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək
25.03.2019, 16:24

Əliyev Paşinyanla 29 martda bu şəhərdə görüşəcək

Bakıda mənzildən qadın meyiti tapılıb
25.03.2019, 16:23

Bakıda mənzildən qadın meyiti tapılıb

“Edam günü” bədii filminin növbəti uğuru
25.03.2019, 16:06

“Edam günü” bədii filminin növbəti uğuru

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq    
25.03.2019, 15:53

Zaur Darğalı Marneulidə mer olmaq uğrunda mübarizə aparacaq  

Əli İnsanov yeni təşkilat yaradır
25.03.2019, 15:48

Əli İnsanov yeni təşkilat yaradır

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı
25.03.2019, 15:35

“Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Ağstafadan yola salındı

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”
25.03.2019, 15:18

Türkiyədən ANONS: “Rusiya vətəndaşları daxili pasportla ölkəmizə gələ bilər”

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək
25.03.2019, 15:09

“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçiriləcək

Silahlı şəxs 5 nəfəri güllələdi
25.03.2019, 15:05

Silahlı şəxs 5 nəfəri güllələdi

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu
25.03.2019, 14:55

Sabunçuda bağ evlərindən oğurluq edən dəstə tutuldu

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA
25.03.2019, 14:19

Türkiyəyə aparılan Eldar Sabiroğlu əməliyyat olunacaq - AÇIQLAMA

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO   
25.03.2019, 14:02

Azərbaycanda məhkum uşaq evindəki azyaşlı qardaşı ilə görüşdürüldü - FOTO  

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO
25.03.2019, 13:39

Gömrükçülər 2 avtomobildən 14 telefon aşkarladı - FOTO

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir
25.03.2019, 13:36

Timoşenko Poroşenkonu həbsxanaya salmaq istəyir

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı   
25.03.2019, 13:36

Ali məktəbələrə sənəd qəbulu davam edir - 10 gündə qeydiyyatdan keçənlərin sayı  

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”   
25.03.2019, 13:21

Fəzail Ağamalı: “Əli İnsanovun siyasi perspektivi yoxdur”  

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI
25.03.2019, 13:07

Azərbaycandakı tənha ahılların sayı AÇIQLANDI

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq
25.03.2019, 13:03

80 min Qarabağ veteranı Prezident təqaüdü alacaq

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”
25.03.2019, 12:47

Ermənistanlı gənclər Qarabağda ölmək istəmirlər - “Azərbaycan vəziyyətdən istifadə etməlidir”

Paşinyan generallarla qapalı iclas keçirəcək
25.03.2019, 12:45

Paşinyan generallarla qapalı iclas keçirəcək

Azərbaycan hekayələri Fransada təqdim olundu
25.03.2019, 12:36

Azərbaycan hekayələri Fransada təqdim olundu

Danışan telefon   
25.03.2019, 12:24

Danışan telefon  

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB
25.03.2019, 12:16

Sumqayıtda işıq kəsiləcək - SƏBƏB

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...   
25.03.2019, 12:06

Sabahın hava proqnozu açıqlandı - Yağış, külək...  

Siyasi “meyit”in dirçəlmək cəhdləri
25.03.2019, 11:59

Siyasi “meyit”in dirçəlmək cəhdləri

Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi   
25.03.2019, 11:52

Azərbaycanlı “Tank” almaniyalı rəqibinə aman vermədi  

Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL
25.03.2019, 11:49

Emin Milli Əli İnsanovu üzr istəməyə çağırdı - QALMAQAL

Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər
25.03.2019, 11:46

Azərbaycanlı tələbələr təhsillərini Çexiyada davam etdirirlər

Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı
25.03.2019, 11:42

Yaxın Şərqdə gərginlik – İsrail cavab verəcəyini açıqladı

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ
25.03.2019, 11:28

Ukraynada prezidentliyə ən şanslı namizədlər - REYTİNQ

Milli komandamız bu gün Litvanı qəbul edir   
25.03.2019, 11:26

Milli komandamız bu gün Litvanı qəbul edir  

Bu gün “Avro 2020”nin seçmə mərhələsində daha 7 oyun - TƏQVİM
25.03.2019, 11:24

Bu gün “Avro 2020”nin seçmə mərhələsində daha 7 oyun - TƏQVİM

İlham Əliyev Banqladeş prezidentini təbrik edib
25.03.2019, 11:17

İlham Əliyev Banqladeş prezidentini təbrik edib

Bu dünyada Əminə adlı bir xanım da var idi...
25.03.2019, 11:14

Bu dünyada Əminə adlı bir xanım da var idi...

Avropa Çempionatında daha 10 oyun keçirildi - NƏTİCƏLƏR   
25.03.2019, 11:05

Avropa Çempionatında daha 10 oyun keçirildi - NƏTİCƏLƏR  

Azərbaycan jurnalistikasının İlhamiyyəsi
25.03.2019, 10:48

Azərbaycan jurnalistikasının İlhamiyyəsi

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI
25.03.2019, 10:47

Son 100 ildə adını dəyişən ölkələr - SİYAHI

Azərbaycanın Novruz adətləri Pakistanda nümayiş olundu - FOTOLAR
25.03.2019, 10:24

Azərbaycanın Novruz adətləri Pakistanda nümayiş olundu - FOTOLAR

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır
25.03.2019, 10:03

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin sayı artır

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib
25.03.2019, 09:49

Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etməsini dəstəkləyib

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO
25.03.2019, 09:44

Gömrükdən  “Marlboro”  və kürü keçirmək istəyənlərin qarşısı alındı  - FOTO

Nəsimidə ikimərtəbəli ev yandı
25.03.2019, 09:37

Nəsimidə ikimərtəbəli ev yandı

Ermənilər cəbhədə təxribatlara davam edir
25.03.2019, 09:32

Ermənilər cəbhədə təxribatlara davam edir

Azərbaycanlıların macar parlamentində təmsil olunmasına çalışan soydaşımız   
25.03.2019, 02:00

Azərbaycanlıların macar parlamentində təmsil olunmasına çalışan soydaşımız  

Bağdadi ilə bağlı yeni iddia
25.03.2019, 00:37

Bağdadi ilə bağlı yeni iddia

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO
25.03.2019, 00:28

“Bizim ayıblarımızı diktatura rejimi örtürmüş” - Brilliant Dadaşova, VİDEO

Azərbaycanın rəqibləri xal qazandı
25.03.2019, 00:01

Azərbaycanın rəqibləri xal qazandı

ARXİV