Modern.az

AŞPA-nın yeni prezidenti seçildi

AŞPA-nın yeni prezidenti seçildi

25 İyun 2018, 14:12

Avropa Şurası Parlament Assambeleyasının yay sessiyasında isveçrəli Liliane Maury Pasquier qurumun yeni prezidenti seçilib.


Modern.az-ın APA-ya istinadən xəbərinə görə, o, bundan əvvəl prezident Mikele Nikolettiyə öz təşəkkürünü bildirib. 

 

L. M. Pasquier bir qadın kimi bu vəzifəyə seçilməkdən qurur duyduğunu deyib. O qeyd edib ki, bu günə qədər qurumun sadəcə üç qadın prezidenti olub. 

 

Qadınların yüksək vəzifələrdə çalışmasının önəmindən danışan yeni prezident,  gender bərabərliyinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, AŞPA-nın hazırki prezidenti Mikele Nikoletti bu ilin yanvarında bu vəzifəyə seçilmişdi.

AŞPA-nın yay sessiyası iyunun 29-da başa çatacaq.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir