Modern.az

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev

“Keçmiş müdafiə naziri kimi bir arzum var” - Tahir Əliyev

25 İyun 2018, 14:57

“O zamanlar ordumuz yox  idi. Ölkəni idarəetmədə çox əziyyətlər çəkirdik. Daxili qüvvələr arasında pərakəndəlik vardı.  Xarici qüvvələr isə ölkəyə müdaxilə yolunu tutmuşdu. Nə yaxşı ki, bu gün müstəqil ordumuz var”.

Bunu Modern.az-a açıqlamasında 1992- ci ilin 24 fevralından  17 martına qədər müdafiə naziri olmuş Tahir Əliyev deyib.

Keçmiş müdafiə naziri bildirib ki,  100 illiyində silahlı qüvvələrimizi görmək qüruruvericidir.

“Bir arzum var ki, daim qələbə soraqlı ordumuz olsun. Vaxtilə  ordumuz yox idi. Özünümüdafiə batalyonları olsa da, çox zəif idi. Bunun da nəticəsində Ermənistan tərəfindən torpaqlarımız işğal olundu. Bu o zamanlar bizim üçün ağrılı məsələ idi. Ordusuz bir dövlətin mövcudluğu çətin idi.  Biz o çətinlikləri yaşadıq. Keçmiş müdafiə naziri kimi bir arzum var. Güclü ordumuz işğal olunmuş torpaqlarımızı işğaldan azad etsin. Biz buna ancaq şad ola bilərik. Həmçinin, sabahı paradla bağlı bütün hərbçilərimizə, əsgərlərimizə can sağlığı arzu edirəm”.

Tahir Əliyev Müdafiə Nazirliyinin tədbirlərinə dəvət olunub-olunmamasına da münasibət bildirib.

“Düzü, hansısa tədbirlərə dəvət olunub-olunmamağım əsas məsələ deyil. Məncə, bu müzakirə olunmamalıdır. Əsas odur ki, bu gün ordumuz var. Qalanları boş söhbətlərdir”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi