Modern.az

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  

Günnüt kəndində şəhid olan əsgərimizə MEDAL VERİLDİ  

25 İyun 2018, 15:05

Azərbaycan prezidenti İlham Əliyev bəzi hərbçilərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə təltif edilənlər arasında şəhid Adil Tatarov da var.

Adil Tatarov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 

Ordumuzun əsgəri Adil Əli oğlu Tatarov Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən şəhid olub. Hadisə Şərur rayonunun Günnüt kəndinin azad edilməsi uğrunda baş verib.

A. Tatarov doğulduğu Ağstafa rayon Qiraq Kəsəmən kəndində dəfn olunub.

 

Qeyd edək ki, 4 bacının tək qardaşı olan A.Tatarovun hərbi xidməti başa vurmağına 4 ay qalmışdı.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi