Modern.az

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı

Bakıda keçiriləcək parad Paşinyanı qorxuya saldı - Təhlükəsizlik Şurasını təcili topladı

25 İyun 2018, 16:12

Ermənistanda baş nazir Nikol Paşinyanın rəhbərliyi altında Təhlükəsizlik Şurasının iclası keçirilib.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, o, aprel hadisələrindən sonra Təhlükəsizlik Şurasının ilk dəfə keçirildiyini deyib. Paşinyan yeni Konstitusiyaya keçidlə bağlı 155-ci maddənin 2-ci bəndinə əsasən, ölkənin təhlükəsizlik sahəsindəki siyasətinin məhz Şura tərəfindən icra olunacağını deyib. 

 "Bugünki iclas həmin məsələlərin müzakirəsi üçün keçirilir". 

İclasda Ermənistan Ordusundakı vəziyyət, hərbi texnika və yeni silahlanma proqramları, təmas xəttində qaravul xidmətinin keyfiyyətli təşkili və s. müzakirə olunub.

Ehtimal olunur ki, Paşinyanın iclası çağırmasının əsas səbəbi iyunun 26-da Bakida Azərbaycan ordusunun keçiriəcəyi parad olub.     

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür