23 iyul 2018, Bazar ertəsi
Ana Səhifə - GÜNDƏM - Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI
Sabahkı paradın aparıcısı hərbi keçidin bəzi detallarını Modern.az-a AÇDI
25.06.2018, 16:37

“Sabah paytaxtımız Bakı şəhərində Silahlı Qüvvələrin 100 illiyinə həsr olunmuş  hərbi parad keçiriləcək. Həmin paradda Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun varisi olan müasir Silahlı Qüvvələrimiz öz güc və qüvvətini, eləcə də Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu bir daha nümayiş etdirəcək. Bugünkü Azərbaycan Ordusu müstəqil dövlətimizin polad dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır. Bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa etmiş  müasir Azərbaycanımızın güclü-qüvvətli ordusu var. Və bu ordu qarşısına qoyulmuş istənilən tapşırığı yerinə  yetirməyə hər an hazır və qadirdir”.

Bu barədə Modern.az-a sabahkı paradın aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani məlumat verib.

Qurum rəsmisi bildirib ki, ilk növbədə sabahkı paradda  tribuna önündən Silahlı Qüvvələrin piyada heyəti keçəcək.

“Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratmış olduğu Cəmşid Naxçıvanski adına Hərbi Litseyin kursantları da tribuna önündən keçəcəklər. Onu da bildirim ki, tribuna önündən Azərbaycan Respublikasının Dövlət Bayrağı və qoşun növlərinin bayraqları aparılacaq. Onun ardınca isə 2016-cı ilin Aprel döyüşləri zamanı Ağdərə, Füzuli, Cəbrayıl rayonunda 800 hektardan çox torpağı azad etmiş, strateji yüksəkliklərə - Lələtəpə və Talış zirvəsinə bayraq sancmış və həmin döyüşlərdə xüsusilə fərqlənmiş hərbi hissələrin, eləcə də bu yaxınlarda Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Günnüt kəndini və strateji yüksəklikləri ələ keçirmiş Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu hərbi hissələrinin döyüş bayraqları Azadlıq meydanına gətiriləcək və tribuna qarşısından keçiriləcək. Bundan başqa, Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantları, xüsusi təyinatlılar tribuna önündən keçəcəklər”.

A.Qurbani qeyd edib ki, budəfəki paradın digərlərindən fərqi ondadır ki, ilk dəfə olaraq Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyəti tribuna önündən keçəcək.

“Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin parad heyətinə yüzbaşı Doğan Ağsoy başçılıq edəcək”.

Müsahibimiz həmçinin bildirib ki, sülhməramlı, əməliyyat imkanları konsepsiyası və əməliyyat ehtiyatları taborlarını təmsil edən parad heyətləri də tribuna önündən keçəcəklər.

“Eləcə də qanunvericilikdə nəzərdə tutulan güc strukturlarının – Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbi qulluqçuları da parada qoşulacaq.
Piyada parad heyətlərindən sonra isə Azərbaycan Ordusunun güc və qüdrətinin təqdimatı, hərbi və xüsusi texnikaların keçidi başlanacaq. Orada da çoxtəyinatlı zirehli avtomobillər tribuna önündən keçiriləcək. Bundan əlavə, zirehli avtomobillər, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hərbi zavodlarında istehsal edilmiş mina əleyhinə yüksək müdafiə sistemi ilə təchiz olunan “Maral-1” və “Maral-2” zirehli avtomobilləri, “Hermes-450” pilotsuz uçuş aparatı, “Hermes-900” taktiki pilotsuz uçuş aparatı və digər hərbi texnikalar nümayiş olunacaq. Zirehli tank texnikası da kalonu tribuna önündən keçəcək. Orada da müxtəlif texniki vasitələr nümayiş olunacaq”.


Qurum rəsmisi sabahkı paradda ilk dəfə olaraq bir çox yeni texnikaların nümayiş olunacağını qeyd edib.


“Ordumuzun silahlanmasına yeni daxil olmuş “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi, BTR-82A zirehli transpartyoru, “İldırım”, “Qalxan” hava hücumundan müdafiə  sistemləri, S-300 PMU tipli “Favorit” zenit-raket kompleksləridə ilk dəfə nümayiş olunacaq”.


Mirmahmud KAZIMOĞLU
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İsrail ordusu Suriyanı bombaladı
23.07.2018, 00:39

İsrail ordusu Suriyanı bombaladı

Kabildəki hava limanında partlayışı İŞİD törədib
23.07.2018, 00:22

Kabildəki hava limanında partlayışı İŞİD törədib

Ağdamsız keçən 25 il
23.07.2018, 00:00

Ağdamsız keçən 25 il

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb
22.07.2018, 23:43

Gəncədə təcili tibbi yardım avtomobili qəzaya uğrayıb

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib
22.07.2018, 23:29

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib

Antalyada Azərbaycan şəhidləri abidəsi açılır   
22.07.2018, 23:06

Antalyada Azərbaycan şəhidləri abidəsi açılır  

Maral Akşenər istefa verdi
22.07.2018, 22:54

Maral Akşenər istefa verdi

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi
22.07.2018, 22:33

Rusiya Ermənistana 200 milyon dollarlıq silah verdi

Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...
22.07.2018, 22:19

Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı
22.07.2018, 21:56

Kosmosda dövlət quran azərbaycanlı planlarını açıqladı

Çilidə 5,2 bal gücündə zəlzələ olub
22.07.2018, 21:36

Çilidə 5,2 bal gücündə zəlzələ olub

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib
22.07.2018, 21:23

Güclü yağış Gürcüstanda ciddi fəsadlar törədib

Nabranda istirahət mərkəzində 3 yaşlı oğlan İTKİN DÜŞDÜ
22.07.2018, 21:07

Nabranda istirahət mərkəzində 3 yaşlı oğlan İTKİN DÜŞDÜ

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satılıb - VİDEO
22.07.2018, 20:47

Bakıda toyuq qrilini Xatirə İslama 40 manata satılıb - VİDEO

Kabil aeroportunda partlayış: 16 ölü, 50 yaralı
22.07.2018, 20:33

Kabil aeroportunda partlayış: 16 ölü, 50 yaralı

Neftçalada  "KAMAZ" yandı
22.07.2018, 20:15

Neftçalada  "KAMAZ" yandı

Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi - FOTO
22.07.2018, 17:55

Ölünü dirildə bilməyən “peyğəmbər” həbs edildi - FOTO

Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib
22.07.2018, 17:50

Dünyanın ən intizamlı əsgəri 27 il komandirinin əmrini gözləyib

Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsinə GÖNDƏRİLDİ   
22.07.2018, 17:47

Fədayə Laçının işi Ağır Cinayətlər Məhkəməsinə GÖNDƏRİLDİ  

İranda gün ərzində üçüncü dəfə zəlzələ olub, 20 nəfər xəsarət alıb
22.07.2018, 17:37

İranda gün ərzində üçüncü dəfə zəlzələ olub, 20 nəfər xəsarət alıb

Paytaxt bazarlarında xiyar bahalaşdı   
22.07.2018, 17:19

Paytaxt bazarlarında xiyar bahalaşdı  

Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var
22.07.2018, 17:08

Salyanda təcili yardım maşını qəzaya düşdü - Xəsarət alan var

Bakıda mənzildə meyit tapıldı
22.07.2018, 16:57

Bakıda mənzildə meyit tapıldı

“Peşəkar jurnalistlərimiz yetərincədir” - Əflatun Amaşov
22.07.2018, 16:40

“Peşəkar jurnalistlərimiz yetərincədir” - Əflatun Amaşov

Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR
22.07.2018, 16:10

Dövlətimiz mətbuatın inkişafına hərtərəfli şərait yaradıb - NAZİR

   AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün
22.07.2018, 15:49

  AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü
22.07.2018, 15:26

Azərbaycanda 5 yaşlı uşaq ögey atası tərəfindən döyülərək öldürüldü

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı
22.07.2018, 14:50

“Bəkirin də bir arzusu vardı…” - Vəfat edən qazinin vəzifəli qardaşı

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi   
22.07.2018, 14:26

Millət vəkili mətbuat işçilərini və jurnalistləri təbrik etdi  

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR
22.07.2018, 14:10

Azərbaycanda toyda kütləvi zəhərlənmə - 5-i UŞAQDIR

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli
22.07.2018, 14:00

"Jurnalistlər təkziblə bağlı materiallardan yayınırlar"  - Hadi Rəcəbli

Sabahın HAVASI küləkli və yağışlı olacaq
22.07.2018, 13:51

Sabahın HAVASI küləkli və yağışlı olacaq

Gürcüstan patriarxının halı pisləşib
22.07.2018, 13:43

Gürcüstan patriarxının halı pisləşib

Şamaxıda kütləvi dava - ağır yaralılar var
22.07.2018, 13:31

Şamaxıda kütləvi dava - ağır yaralılar var

Metrodan istifadə edənlərin sayı artıb
22.07.2018, 13:20

Metrodan istifadə edənlərin sayı artıb

ARXİV