Modern.az

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi

Azərbaycanlı deputat Ərdoğanı təbrik etdi

Aktual

25 İyun 2018, 16:13

Ana Vətən Partiyasının sədri, deputati Fəzail Ağamalı Türkiyə Cümhuriyyətinin  Prezidenti  Rəcəb Tayyib Ərdoğanı prezident seçilməsi münasibəti ilə təbrik edib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

“Çox hörmətli Rəcəb Tayyib Ərdoğan!

 

“Sizi yenidən Türkiyə Cümhuriyyətinin Prezidenti seçilməyiniz münasibətilə öz və rəhbəri olduğum Ana Vətən Partiyasının üzvləri adından ürəkdən təbrik edir, şərəfli və çətin fəaliyyətinizdə Sizə yeni-yeni  uğurlar arzulayıram. Seçkilərin gedişi və nəticəsi göstərdi ki, Sizin bir lider və dövlət xadimi kimi Türkiyədə böyük nüfuzunuz var. Bu bizi sevindirir. Əminik ki, ötüb keçən 15 il zaman kəsiyində olduğu kimi, bundan sonra da Türkiyə dövlətinin güclənməsinə və beynəlxalq nüfuzunun artmasına daha əhəmiyyətli töhfələr verəcəksiniz.

 

Bu bir həqiqətdir ki, Türkiyə və Azərbaycan dostluğunun möhkəmlənməsində Siz cox  önəmli rol oynayırsınız. İnanıram ki, bundan sonra da dövlətlərimiz və xalqlarımız arasında münasibətlərin, dostluq və qardaşlığın güclənməsində öz əməyinizi əsirgəməyəcək, bütün sahələrdə olduğu kimi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsində  də Zati-aliləri  Cənab İlham Əliyevlə və Azərbaycan xalqı ilə  birlikdə olacaqsınız.

 

Bir daha Sizi təbrik edir, Sizə möhkəm can sağlığı və prezidentlik fəaliyyətinizdə böyük uğurlar diləyirəm!”

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar