Modern.az

İranda devalvasiya əleyhinə mitinq keçirilib

İranda devalvasiya əleyhinə mitinq keçirilib

Aktual

25 İyun 2018, 17:40

İranın paytaxtı Tehranda milli valyutanın devalvasiyası əleyhinə mitinq keçirilib.

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, ilk olaraq xırda dükan sahibləri dükanlarını bağlayaraq küçələrə etiraz üçün çıxıblar.

Daha sonra onlara onlara digər şəxslər də qoşulub.

 

Sosial şəbəkələrdə artıq saxlanılanlar barədə məlumatlar yayılmağa başlayıb.

İranın Kərəc, Məşhəd, Bəndər Abbas şəhərləri və Keşm adasında da etiraz aksiyaları müşahidə olunub.

Hazırda qara bazarda bir dolları 87 min reala almaq olur. May ayının sonlarında bu rəqəm 65 min reala bərabər idi.

 

Bununla yanaşı rəsmi məzənnəyə görə bir dolları 42 min reala almaq olar. Lakin hazırda bütün valyuta dəyişmək məntəqələri bağlanıb və buna görə də xüsusi icazə olmadan bu qiymətə dollar əldə etmək mümkün deyil.

 

Qeyd edək ki, 2018-ci ilin aprelindən bəri Iran realı iki dəfə dəyərini itirib.

 

Əvəz ZEYNALOV

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir