Modern.az

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?

Ərdoğanın sarsıdıcı qələbəsi – Müxalifət niyə ağ bayraq qaldırdı?

Dünya

25 İyun 2018, 18:04

Ərdoğanın qələbəsi onun seçkilərin ilki turunda 48% səs toplaycağının göstərən sosial sorğular fonunda gözlənilməz oldu.

 

Bununla yanaşı, keçmiş fizika müəllimi və CHP-nin naimzəıdi Muharrem İncenin seçkiöncəsi mitinqdə 5 milyon tərəfdarını toplamasına baxmayaraq,  30,67% səs toplaması da ona olan ümidləri doğrultmadı.

 

Xalqların Demokratik Partiyası (HDP)nin sədri Səlahəddin Demirtaşın həbsxanada olmasın baxmayaraq, səsvermədə üçüncü yerdə qərarlşaması (8,36%) bu dəfəki seçkilərin anomaliyalarından idi.

Keçmiş daxili işlər naziri Meral Akşener isə seçkilərdə əsas uğursuzluğa düçar olan namizəd idi. Seçkiyə 1 həftə qalmış Meral Akşenerin reytinqi 14,1% idi. Yekun nəticə isə 2 dəfə az – 7,33% oldu.

 

Akşener seçkilərin nəticələri barədə susqun olsa da, CHP-li Muharrem İnce artıq öz məğlubiyyətini etiraf edib.

“Razıyam. Ərdoğan qalib gəldi”.

 

Ekspertlərin fikrincə, Ərdoğanın qələbəsi onun siyasi xarizması, daxili və xarici siyasətdəki müəyyən uğurları və müxalifətdə Ərdoğana qarşı güclü vahid namizədin olmaması ilə əlaqəlidir.   

 

Qarşıdakı illərdə Türkiyənin siyasi kursunda dəyişiklik gözlənilmir. Ərdoğan və onun təhbərlik etdiyi AKP partiyası MHP ilə ittifaqda ənənəvi siyasi xətti davam etdirəcək. MHP ilə AKP-nin sona qədər siyasi ittifaqda olması sual doğursa da, ekspertlər yaxın 5 ildə onlar arasında münasibətlərin stabil qalacağını güman edir.  

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!