Modern.az

Toğrul Əzizin təklifi var

Toğrul Əzizin təklifi var

26 İyun 2018, 09:09

Dostlar, belə bir ideya var, Azərbaycanda öz Milli Demokratiya Fondumuzu yaradaq. Əsas məqsəd Azərbaycanı təhsilsizlikdən, gələcək yobazlardan, radikal dini təriqətlərdən, məsnətsiz məzhəblərdən qurtarmaq üçün, işıqlı gələcək üçün bir addım ataq.

Bildiyimiz kimi demokratiya, ancaq təhsil səviyyəsi yüksək olan cəmiyyətlərdə təsis ola bilir. Platon demişkən təhsilsiz cəmiyyətdə qurulan demokratiyada demaqoqlar hakimiyyətə gəlir, bu isə diktatatorluğa, sonradan isə anarxiyaya gətirib çıxarır. Qonşu Türkiyədə bunun nümunəsini gördük.

Fond, orta, ali məktəbləri kitablarla təmin etsin. İmkansız, lakin istedadlı şagird, tələbələrə təqaüd versin. İstedadlı imkansız tələbələrin sonradan qayıdıb Azərbaycanda işləməsi şərtilə xaricdə təhsilinə kömək etsin. Gənclərdə kitab oxuma alışqanlığının yaradılmasına sövq edən tədbirlər həyata keçirsin. Xalqımıza incəsənəti sevdirsin və s.

Fondu Azərbaycanda yaradaq. Rəhbərlik, idarə heyəti və işçilər könüllülük əsasında həyata keçirilsin. Mühasibatı şəffaf olsun, aylıq hesabatlar hamı üçün açıq olsun, məsələn online dərc olunsun. Fond heç bir siyasi məqsəd güdməsin. Məqsəd Azərbaycanda sağlam düşüncəli cəmiyyətin formalaşmasına yardımcı olmaqdır. Sağlam düşüncəli cəmiyyət onsuz da demokratiyanı özlüyündə quracaq. Fond ianələr hesabına maliyyələşsin. Lazımi gəliri formalaşsa özünü maliyyələşdirə biləcəyi layihələr həyata keçirib maliyyə asılılığından qurtulsun. İanələr, Fond üzvlərinin aylıq sabit ödəmələri və birdəfəlik kənar ödəmələr əsasında toplansın. Təşkilat komitəsi yaradaq, Nizamnamə hazırlansın, üzvlər iki ildən bir rəhbərliyi və idarə heyətini seçsin.

İlkin olaraq hamının qəbul edəcəyi ağsaqqal bir ziyalını təşkilat komitəsinə və Fonda sədr seçək. Hamının qəbul etməsi üçün, yalnış anlaşılmalardan uzaq olmaq üçün siyasi keçmişi olan vətəndaşlar təşkilat komitəsində və idarə heyətində təmsil olunmasın. Nümunəvi bir təşkilat yaradaq. Necə düşünürsünüz? Bu barədə təklifi, marağı olan varsa bildirsin, bərabər müzakirə edək.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir