Modern.az

Azərbaycanın məşhur hərbi operatoru vəfat etdi  

Azərbaycanın məşhur hərbi operatoru vəfat etdi   

26 İyun 2018, 09:50

Tanınmış hərbi teleoperator, Xocalı soyqırımını ilk lentə almış şəxs, Qarabağ müharibəsi əlili  Seyidağa Mövsümlü ötən gecə dünyasını dəyişib.

Modern.az saytı xəbər verir ki, bu barədə sosial şəbəkələrdə onun yaxın dostlatı bildiriblər. Mərhum bu gün (26 iyun) saat 14:00-da Mərdəkandakı evindən (Xurustalnının, saatın yaxınlığında) dəfnə götürüləcək.

Mərhumun yaxınları bildiriblər ki, S.Mövsümlü Buzovna qəbiristanlığında, anasının yanında dəfn olunacaq!

Xatırladaq ki, S.Mövsümlü uzun illərdir ki, Qarabağda döyüşdə aldığı yaradan əziyyət çəkirdi.

Seyidağa Mövsümlü 1954-cü ildə Ucar rayonunda anadan olub. 1969-cu ildə Bakı Dəmir Yolu Texnikumuna daxil olub.

Daha sonar Azərbaycan Dövlət Teleradiounda teleoperator assistenti vəzifəsində işə götürülüb. 1980-ci ildə Moskvadakı Ümumittifaq Teleradio İnstitutuna daxil olub. Təhsilini başa vurandan sonar Azərbaycan Dövlət Televiziyasında teleoperator kimi fəaliyyətini davam etdirib.
1988-ci ildən başlayan Qarabağ müharibəsində o da iştirak edib.
Həmin ildən etibarən ermənilərin törətdikləri cinayətləri videolentə çəkmək üçün Qarabağın bütün rayonlarında olub. Dövlət televiziyasında çalışan vaxtlarında Azərbaycan Müdafiə Nazirliyinin yaratdığı ilk batalyonun - Şıxov batalyonunun ilk könüllülərindən olub. Bu batalyonda erməni işğalçılarına qarşı aparılan əməliyyatlarda qəhrəmancasına döyüşüb. İki dəfə yaralanıb. 

9 fevral 1992-ci ildən Müdafiə Nazirliyinin mətbuat mərkəzində operator kimi işə başlayır. 2002-ci ilə qədər Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2002-ci ildən ordudan tərxis olunub.
O,Xocalı soyqırımını lentə alan ilk operator idi.

Allah rəhmət eləsin...

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir