Modern.az

ABŞ səfirliyi Azərbaycanın Səhiyyə Nazirliyinə 55 min dollarlıq avadanlıq verdi

ABŞ səfirliyi Azərbaycanın Səhiyyə Nazirliyinə 55 min dollarlıq avadanlıq verdi

Aktual

26 İyun 2018, 15:13

ABŞ-ın Azərbaycandakı səfirliyi, Azərbaycanın Səhiyyə Nazirliyi Bakı və paytaxtdan kənarda yaşıyan vətəndaşlarının sağlamlığını gücləndirmək üçün birgə çalışırlar.

 

Bu haqda Modern.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

21 iyun tarixində ABŞ səfirliyi və səfirliyin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi xüsusi təhlükəli patogenlərdən qorumaq və araşdırmalar aparmaq üçün Azərbaycanın Səyiyyə Nazirliyinə 55 min ABŞ dolları dəyərində avadanlıq təhvil verib.

 

Bu, Azərbaycanın təhlükəli xəstəliklərinin aşkarlanması və qarşısının alınması imkanlarının güçləndirilməsi üçün uzunmüddətli layihənin bir hissəsidir.

 

20-23 iyun tarixlərində Bakının Mərkəzi Referans Laboratoriyasında diaqnostik və bioloji təhlükəsizlik üzrə təlimim koordinasiyasını həyata kecirmək üçün ABŞ səfirliyi ABŞ-ın Daşkəndəki səfirliyindən olan tərəfdaşları ilə sıx əməkdaşlıq edib. 

 

Alimlər laboratoriyada metod və prosesləri müqayisə edərək, milli məlumat bazası üçün regional laborator məlumatları necə tərtib etmələrini müzakirə ediblər.

 

Gələn aylarda əlavə layihələr planlaşdırılıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı