Modern.az

Rusiyadan ABŞ-a böyük  “əzələ nümayişi”: 160 nüvə bombası gücündəki silahını işə SALDI…

Rusiyadan ABŞ-a böyük  “əzələ nümayişi”: 160 nüvə bombası gücündəki silahını işə SALDI…

26 İyun 2018, 16:28

Beynəlxalq KİV-lər yazıblar ki, Rusiya bu yaxınlarda ABŞ-ı qorxuya salacaq ölümcül silahlarını nümayiş etdirib.

Modern.az saytının məlumatına görə, ekspertlər bildiriblər ki,  Rusiyanın “Borey” sualtı gəmisindən “Bulava” ballistik raketlərinin yaylımı işə salınıb.

 

Hərbi analitiklər bu yaylımın ümumi gücünün 160 nüvə bombası ekvivalentində olduğunu bildiriblər.

 

“Borey” Rusiyanın yeni nəsil sualtı gəmisidir. Bu sualtı gəmilər  nəsli öz sələflərindən səssizliyinə və qabaqcıl xarakteristikalarına görə fərqlənir.

 

“Borey”in uzunluğu 170 metrdir, su basımı isə 20 min tonu ötür. Bu sualtı gəminin səssiz hərəkət etməsi onun yerinin radarlar tərəfindən aşkarlanmasını mürəkkəbləşdirir.

Hərbi nəşrlər yazırlar ki, “Borey” öz xarakteristikalarına görə, Amerikanın “Ohayo” sualtı gəmilərini üstələyir.

 

Rusiyanın bu sualtı gəmisi böyük alovlu gücə malikdir. Gəmi, əsasən “Bulava” qitələratası ballistik raketləri ilə təchiz edilib (16 ədəd).

 

Bundan başqa sualtı gəminin burun hissəsində 12 torpedo aparatı var ki, bunlar da gəmi əleyhinə raketlərin işə salınması üçün istifadə oluna bilər.

Gəmiyə havadan zərbə endirilməsinin qarşısını almaq üçün zenit raketləri də quraşdırılıb. “Bulava” raketlərində hər hansı çatışmazlığın olmadığı bildirilir. Raketin uçuşunun gözlənilməz trayektoriyası bu raketləri əlçatmaz edir.

 

Analitiklər düşünür ki, Rusiyanın bu silahları sınaqdan keçirməsi ABŞ-ın Şərqi Avropada qoşunlarının sayının artırılmasına cavabı idi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı