20 iyul 2018, Cümə
Ana Səhifə - İQTİSADİYYAT - Prezidentdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə bağlı SƏRƏNCAM
Prezidentdən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə bağlı SƏRƏNCAM
26.06.2018, 16:44

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

 

Modern.az-ın xəbərinə görə, fərmanda qeyd edilir ki, mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin və verdikləri hüquqmüəyyənedici sənədlərin vahid “G2B” (dövlət–biznes) elektron reyestri yaradılsın.

 

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Nizamnaməsi” təsdiq edilir.

“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strukturu” təsdiq edilir.

“Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı” təsdiq edilir.

 

Müəyyən edilir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir; Agentliyin nizamnamə fondu 5 milyon manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır; Fərmanda nəzərdə tutulan reyestrin operatoru funksiyalarını Agentlik həyata keçirir; Agentlik öz fəaliyyətində sahibkar məmnunluğu, operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərini rəhbər tutur; Agentliyin Aparatının işçilərinin say həddi 240 ştat vahididir.

 

Nazirlər Kabinetinə tapşırılır ki, Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; beynəlxalq təcrübə nəzərə alınmaqla, “Kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikası qanununun layihəsini altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan sonra sahibkar) dövlət satınalmalarında iştirak payının artırılması və iştirak mexanizminin təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; sahibkarlara xidmətlərin kiçik və orta biznes evlərində (bundan sonra KOB evləri) və elektron formada vahid platforma üzərindən göstərilməsini nəzərdə tutan “e-KOB evi” portalının əsasnaməsinin layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin; bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestrin aparılması qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin; Agentliyin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə KOB evlərində göstərilən xidmətlərə (hüquqi hərəkətlərə) görə ödənilən dövlət rüsumundan və qanunla müəyyən edilmiş digər ödənişlərdən müəyyən hissənin Agentliyin hesabına köçürülməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.13.1.1.3-cü yarımbəndində nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı və 1.14.2.2-ci yarımbəndində nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı hesabına Agentliyin nizamnamə fondunun formalaşdırılmasını bir ay müddətində təmin etsin; Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin layihəsində Agentliyin nizamnamə fondunun artırılması üçün 5,0 (beş) milyon manat vəsaitin nəzərdə tutulmasını təmin etsin və həmin vəsait hesabına Agentliyin nizamnamə fondunun artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Agentliyin fəaliyyətinin təmin edilməsi məqsədilə hər il dövlət büdcəsi tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etsin; sahibkarlıq fəaliyyətinə təsir edəcək normativ hüquqi aktlar hazırlanarkən bu Fərmanın 9.5-ci bəndinin icrasını nəzarətdə saxlasın; sahibkarlığın inkişafı siyasətinin əlaqələndirilməsi, KOB evlərində sahibkarlıq subyektlərinə xidmət göstərilməsi zamanı dövlət qurumları ilə Agentlik arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan siyahıdakı dövlət qurumlarının nümayəndələrindən ibarət daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılmasını 10 (on) gün müddətində təmin etsin; bu Fərmanın 12.1-ci bəndinin tələbləri nəzərə alınmaqla, Agentliyin və KOB evlərinin fəaliyyətinin təmin edilməsi üçün onların müvafiq ərazi, inzibati bina və zəruri avadanlıqla təmin olunması üçün bir ay müddətində tədbirlər görsün; Azərbaycan Respublikasının ərazisində sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) Agentliklə əlaqəli şəkildə həyata keçirilməsi üçün tədbirlər görsün; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Agentliyin fəaliyyətinin təşkili ilə bağlı tədbirlər görsün; KOB evlərinin, kiçik və orta biznesin inkişafı mərkəzlərinin, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondlarının nümunəvi əsasnamələrini üç ay müddətində təsdiq etsin; bu Fərmanın 5.5-ci bəndi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanının 4.4-cü bəndində göstərilən bölmələrinin (qurumlarının) ştat vahidləri nəzərə alınmaqla, Agentlikdə və KOB evlərində əməyin ödənilməsi formalarını, işçilərin əməkhaqlarını və ştat cədvəlini bir ay müddətində müəyyən etsin; dövlət qurumları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən, sahibkarların hüquqlarının pozulması və qanunsuz müdaxilə halları aşkar edildikdə, Agentliyin təqdimatı əsasında müvafiq məlumatların Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunmasını təmin etsin; mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün stimullaşdırıcı tədbirlər, o cümlədən Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə sahibkarlara, onların klaster şirkətlərinə, klaster iştirakçılarına vergi güzəştləri və onların vergidən azad edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Vergilər Nazirliyinə tapşırılır ki, Agentliklə birlikdə bir ay müddətində beynəlxalq təcrübəyə əsaslanmaqla, qanunvericilikdə nəzərdə tutulmuş təşkilati-hüquqi formaya uyğun olaraq “KOB klaster şirkəti”nin meyarlarını müəyyən etsin; kommersiya hüquqi şəxsi kimi qeydiyyata alınmış “KOB klaster şirkəti” reyestrinin yaradılmasını təmin etsin; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestrinin yaradılmasını iki ay müddətində təmin etsin; bu Fərmanın 8.1.2-ci yarımbəndində və 8.2-ci bəndində nəzərdə tutulan reyestrlərin Agentliyin informasiya sisteminə inteqrasiyasını, həmin məlumatların real vaxt rejimində Agentliyə ötürülməsini və mütəmadi olaraq yenilənməsini təmin etsin.

 

Mərkəzi və yerli icra hakimiyyəti və bələdiyyə orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və səhmlərinin (paylarının) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə tapşırlır ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərdikləri xidmətlərin, verdikləri hüquqmüəyyənedici sənədlərin bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestr fəaliyyətə başladıqdan sonra bir ay müddətində, sonrakı dövrlərdə müəyyən edilən hər bir yeni xidmətin və verilən hüquqmüəyyənedici sənədin 10 (on) gün müddətində reyestrdə qeydə alınmasını təmin etsinlər; bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş reyestrə daxil olan xidmətlərin göstərilməsini və hüquqmüəyyənedici sənədlərin verilməsini, həmin reyestr fəaliyyətə başlayana qədər isə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan siyahıdakı xidmətlərin KOB evləri vasitəsilə həyata keçirilməsini təmin etsinlər; bu Fərmanın 9.2-ci bəndinə uyğun olaraq, xidmət göstərilməsinin və hüquqmüəyyənedici sənədlər verilməsinin KOB evləri vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Agentliyin həmin evlərdə onlar üçün müəyyən etdiyi yerləri zəruri işçi qüvvəsi, texniki kommunikasiya və informasiya resursları ilə təmin etsinlər; KOB evlərində xidmət göstərəcək əməkdaşlarının nəzakətli, məsuliyyətli, peşəkar olmalarına, ünsiyyət qurmaq və izah etmək bacarıqlarına xüsusi diqqət yetirsinlər; hazırladıqları mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinə təsir edəcək normativ hüquqi aktların normayaratma orqanına təqdim edilməzdən əvvəl “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 46-cı maddəsinə uyğun olaraq Agentliklə razılaşdırılmasını, mərkəzi icra hakimiyyəti orqanları isə, həmçinin qeyd olunan sahədə özlərinin qəbul etdikləri normativ hüquqi aktların Agentliklə razılaşdırmaqla qəbul olunmasını təmin etsinlər; bu Fərmandan irəli gələn vəzifələrin icrası ilə bağlı Agentliyə zəruri kömək göstərilməsini və onun müraciəti əsasında zəruri məlumatların təqdim olunmasını təmin etsinlər; bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan reyestrdə qeyd edilən xidmətlərin, habelə bu Fərmanın 4-cü hissəsində nəzərdə tutulan siyahıdakı xidmətlərin KOB evlərində göstərilməsinin səmərəli təşkili üçün xidmət göstərilməsini tənzimləyən prosedurları (tələb olunan sənədlər, məlumatlar və s.) bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər; bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılır ki, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə Agentliklə KOB evlərində xidmət göstərəcək dövlət qurumlarının informasiya sistemləri arasında əlaqələndirməni təmin etmək məqsədilə KOB evlərini rabitə kanalları ilə təmin etsin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Dövlət Gömrük Komitəsi bu Fərmandan irəli gələn digər məsələləri həll edəcək.

 

Agentliyə tapşırılır ki, “B2B” (biznes–biznes) və “G2B” (dövlət–biznes) xidmətlərinin bir məkanda səmərəli təşkili üçün mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yerləşmə xüsusiyyətləri nəzərə alınmaqla, KOB evlərinin əlverişli inzibati ərazi vahidlərində təşkili və müvafiq resurslarla təmin edilməsi ilə bağlı aidiyyəti qurumlarla birlikdə tədbirlər görsün; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.

“Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 28 dekabr tarixli 1771 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12, maddə 2339) aşağıdakı dəyişikliklər edilir:

 

1-ci hissədə “Sahibkarlığın” sözü “Biznesin” sözü ilə əvəz edilsin;

 

2.1-ci bənd aşağıdakı redaksiyada verilir:

“2.1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (bundan sonra – Agentlik) ölkədə mikro, kiçik və orta sahibkarlığın inkişafını dəstəkləyən, mikro, kiçik və orta sahibkarlığın tənzimlənməsində, bu sahibkarlıq subyektlərinin maraqlarının qorunmasında və problemlərinin həllində iştirak edən, onlara bir sıra xidmətlər göstərən, dövlət qurumlarının və özəl qurumların bu sahədə xidmətlərini əlaqələndirən və səlahiyyətli qurum kimi çıxış edən publik hüquqi şəxsdir;”.

2.2-ci bənd aşağıdakı redaksiyada verilir

“2.2. Agentliyin tərkibində ölkənin iri rayon və şəhərlərində mikro, kiçik və orta sahibkarlara bir sıra xidmətlər (təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə xidmətləri və s.) təklif edən kiçik və orta biznes evləri, eləcə də kiçik və orta biznesin inkişafı mərkəzləri, Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi, kiçik və orta biznesin inkişafı fondları yaradılsın;”;

2.6-cı bəndin birinci cümləsində “İcraçı direktor” sözləri “beş üzvdən ibarət olan İdarə Heyəti” sözləri ilə, ikinci cümləsində “İcraçı direktorun” sözləri “İdarə Heyəti sədrinin” sözləri ilə əvəz edilir.


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB
20.07.2018, 19:53

İlham Əliyev Emmanuel Makronla Qarabağı müzakirə etdi - YENİLƏNİB

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb
20.07.2018, 19:51

Tələbələrin köçürülməsi ilə bağlı sənəd qəbulu başa çatıb

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir
20.07.2018, 19:40

Keçmiş baş məşqçi “Çelsi”ni məhkəməyə verir

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı
20.07.2018, 19:27

Şamaxı sakini həmyerlisinin maşınını vurub aşırdı

Erməni çağırışçılar kütləvi dava saldılar
20.07.2018, 19:22

Erməni çağırışçılar kütləvi dava saldılar

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!
20.07.2018, 19:09

“Nar TV” xidmətinə qoşul, pulsuz TV tüner əldə et!

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR
20.07.2018, 19:00

700 bal toplayan abituriyentlər ilk dəfə DANIŞDILAR

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar
20.07.2018, 18:49

Azərbaycan Fransa əlaqələrində pozitiv siqnallar

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub
20.07.2018, 18:28

Hacıqabulda qadın qohumunu bıçaqlayan şəxs tutulub

Prezident Belçika Kralını təbrik edib
20.07.2018, 18:15

Prezident Belçika Kralını təbrik edib

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi
20.07.2018, 18:12

Hakerlər 1,5 milyon pasientin məlumatlarını ələ keçirdi

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 
20.07.2018, 18:03

Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 

700 bal toplayan abituriyent: “Həyəcandan əlim əsir, ürəyim döyünür”
20.07.2018, 17:48

700 bal toplayan abituriyent: “Həyəcandan əlim əsir, ürəyim döyünür”

Ermənistanda xarici diplomatın evi yarıldı
20.07.2018, 17:46

Ermənistanda xarici diplomatın evi yarıldı

Nazir  Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
20.07.2018, 17:36

Nazir  Qazaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı
20.07.2018, 17:27

Təhsil Nazirliyi jurnalistləri mükafatlandırdı

15 abituriyent 700 bal topladı - SİYAHI   
20.07.2018, 17:19

15 abituriyent 700 bal topladı - SİYAHI  

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ
20.07.2018, 17:08

Manat və dolların 3 günlük MƏZƏNNƏSİ

“Rusiya Azərbaycanı müharibə etməyə qoymayacaq”
20.07.2018, 16:59

“Rusiya Azərbaycanı müharibə etməyə qoymayacaq”

Türkiyə ilə Hollandiya barışdı
20.07.2018, 16:55

Türkiyə ilə Hollandiya barışdı

Deputatlar Latviyaya gedir
20.07.2018, 16:51

Deputatlar Latviyaya gedir

I və IV qrupların imtahan nəticələri AÇIQLANDI   
20.07.2018, 16:50

I və IV qrupların imtahan nəticələri AÇIQLANDI  

 “Asan İmza” xidmətindən istifadə niyə bahalaşır? - Mobil Operator səbəbi belə İZAH ETDİ   
20.07.2018, 16:32

 “Asan İmza” xidmətindən istifadə niyə bahalaşır? - Mobil Operator səbəbi belə İZAH ETDİ  

Moskva Avropa Birliyi ölkəsinə kəskin etiraz etdi
20.07.2018, 16:21

Moskva Avropa Birliyi ölkəsinə kəskin etiraz etdi

İçkili sərnişinlərin avtobusa girişinə qadağa qoyulub
20.07.2018, 16:20

İçkili sərnişinlərin avtobusa girişinə qadağa qoyulub

“BakuBus” avtobuslarının gecikmə səbəbi məlum oldu
20.07.2018, 16:14

“BakuBus” avtobuslarının gecikmə səbəbi məlum oldu

Ukrayna dəhşətli silahın istehsalına başlayır
20.07.2018, 16:08

Ukrayna dəhşətli silahın istehsalına başlayır

İnam Kərimov Şamaxıda şikayətləri dinlədi
20.07.2018, 16:06

İnam Kərimov Şamaxıda şikayətləri dinlədi

239 sürücü işdən kənarlaşdırılıb...
20.07.2018, 15:49

239 sürücü işdən kənarlaşdırılıb...

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib
20.07.2018, 15:38

Tehran Konvensiyasının Tərəflər Konfransının növbədənkənar sessiyası keçirilib

İlham Əliyev Fransa Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNİB
20.07.2018, 15:37

İlham Əliyev Fransa Milli Assambleyasının sədri ilə görüşdü - YENİLƏNİB

AzTV sədrini öldürmək istəyənlərə hökm oxundu
20.07.2018, 15:35

AzTV sədrini öldürmək istəyənlərə hökm oxundu

Tramp Putinlə yenə görüşmək istəyir
20.07.2018, 15:35

Tramp Putinlə yenə görüşmək istəyir

Putin Azərbaycanın dostu İsmail Safini mükafatlandırdı
20.07.2018, 15:15

Putin Azərbaycanın dostu İsmail Safini mükafatlandırdı

ABŞ-la Rusiya arasında “buzlar əriyir” – birgə qrup YARADILACAQ   
20.07.2018, 15:12

ABŞ-la Rusiya arasında “buzlar əriyir” – birgə qrup YARADILACAQ  

ARXİV