Modern.az

İlan sancması ilə müraciətlər azdır – RƏSMİ

İlan sancması ilə müraciətlər azdır – RƏSMİ

27 İyun 2018, 11:26

Son günlər ilan sancması ilə bağlı Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 1 nəfər müraciət edib.

Bu barədə Modern.az saytına Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.

O bildirib ki, havalar isinsə də, müraciətlər azdır:

“Əsas müraciətlər spirtli içkilərlə əlaqəli olub. Belə ki, bu istiqamətdə zəhərlənmə halları olmasa da, sərxoşluqla bağlı bizə  8 nəfər  müraciət edib. Bundan əlavə,  şöbəyə  həkimin təyinatı ilə dərmandan sonra yaranan allergik reaksiya ilə bağlı  1 nəfərin müraciəti daxil olub”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir