Modern.az

Birinci vitse-prezidentin köməkçiləri artdı

Birinci vitse-prezidentin köməkçiləri artdı

27 İyun 2018, 13:00

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Modern.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Prezidenti Administrasiyasının işçilərinin say həddi 415-dən 425 ştat vahidinə kimi qaldırılıb.

Bundan başqa, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya, Birinci vitse-prezidentin işlərinin təminatı sektorunun əməkdaşlarının sayı 9-dan 14-ə, Birinci vitse-prezidentin Katibliyinin ştat vahidi isə 12-dən 16-ya artırılıb.

Qeyd edək ki, hazırda Birinci vitse-prezident Mehriban Əliyevanın 4 köməkçisi var.

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?