20 iyul 2018, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycanda dindarlar kolbasa-sosiska yeyirlərmi?..
Azərbaycanda dindarlar kolbasa-sosiska yeyirlərmi?..
27.06.2018, 16:33

Azərbaycanda “Halal” nişanı ilə satılan ət və ət məhsullarının çeşidi son zamanlar artır. Ölkədə kolbasa istehsalı ilə məşğul olan kifayət qədər sex və müəssisə mövcuddur ki, hər biri öz məhsulunun halal olduğunu iddia edir.  Buna baxmayaraq, din adamlarının əksəriyyəti müəyyən qidaları öz rasionundan çıxarırlar. Bu siyahıya xüsusilə sosiska-kolbasa məhsulları daxildir.

Maraqlıdır, Azərbaycanda tanınmış ilahiyyatçılar, dindarlar kolbasa-sosiska yeyirlərmi?

Modern.az saytı bu sualla bir neçə şəxsə müraciət edib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini  Qəmər Cavadlı:

“Din adamları, özəlliklə müsəlmanlar və yəhudilər üçün qida məhsullarında önəmli olan cəhət onların halallıq standartlarına uyğun olmasıdır. Qida halallığı  bizim üçün vacib məsələdir, detalları barədə əlahiddə söhbət eləmək lazımdır, uzun çəkər.

Mən şəxsən müsəlman ölkələrində, ən çox Türkiyədə istehsal olunan və üzərində “halal” nişanı olan "Aç bitir" kolbasa və sosislərini alıram, yerli məhsullardan “Hacı Turqay” və “Halal Ruzi” firmalarına üstünlük verirəm. Yanlışım varsa,  Allah bağışlasın!”.

“Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli:

“Kolbosa-sosiska kimi məhsullardan istifadə edirəm. Ümumiyyətlə, sosiska və kolbasanın dini nöqteyi-nəzərdən haram  olması məsələsi yanlışdır. Yəni haram anlayışı ətə aid olduğu kimi, kolbasaya da aid ola bilər. Bilirsiniz, ətin kəsilməsində şərtlər var. Əvvəla, ətin halal olması - donuz əti olmaması və üzü qibləyə “bismillah”la kəsilməsidir. Digər tərəfdən, biz müsəlman bazarında ət alarkən onu araşdırmağımıza, necə kəsildiyini öyrənməyimizə ehtiyac yoxdur. İnsan müsəlman bazarından aldığı məhsulu araşdırmadan yeyə bilər. O cümlədən  kolbasa, sosiskanı da bu siyahıya əlavə etmək olar. Biz də təbii ki, bu məhsullardan istifadə edirik. Əsasən “Halal” standartlarına uyğun hazırlanmış yerli məhsullara üstünlük verirəm”.

İlahiyyatçı  Elşad Miri:

“Az da olsa, sosiska-kolbasadan istifadə edirəm. Təbii ki, yerli məhsullara üstünlük verirəm. Ailəmlə birlikdə istifadə edə biləcəyim sosiska-kolbasa məhsulları var. Bilirsiz, halal, haram məsələsi Allahın səlahiyyətində olan məsələdir. Quranda da  qeyd edilib və Allah buyurub ki, istənilən məhsulu  halal-haram aldırmayın. Yerindən duran hər hansı bir şey haqqında “bu halaldır və ya haramdır” deyir. Təəssüf edirəm ki, bu gün “halal ət” yazan qəssablar var. Belə çıxır ki, “halal” yazmayanların satdığı məhsullar haramdır? Yaxud bir yerdə “təzə kəsilmiş ət” yazılır. O zaman digərləri köhnəmi kəsilib? Bu kimi ciddi yanlışlar mövcuddur.

Mən qida rasionuma çox diqqət edirəm. Əsasən aldığım məhsulların genetikası dəyişdirilməmiş, təbii tərkibli  qidalar olmasına çalışıram.  Bundan əlavə, çalışıram balıq məhsullarından istifadə edim. Qidalanmağımıza fikir verməliyik. Çünki Allah “yeyin, için, israf etməyin” deyib. Sonra deyir ki, “pak olanlardan yeyin”. Bu,  çox önəmlidir. Bu gün bizə təbii qida olaraq təqdim olunan , lakin əksini müşahidə etdiyimiz  məhsullar var. Bu baxımdan qidamıza diqqət etməliyik. Digər tərəfdən,  Allah əl-Maidə surəsinin 4-cü ayəsində peyğəmbərimizə deyir: “Səndən hansı şeylərin halal edildiyini soruşurlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur. Allahın sizə öyrətdiyi (ov üsulları) ilə təlim edib əhliləşdirdiyiniz yırtıcı heyvanların (ov iti, şahin və s. ) ovladıqları da sizə halaldır. Onların sizin üçün tutub gətirdiklərindən yeyin və ona görə (təlim etdiyiniz heyvan və quşları ov üzərinə qısqırtdığınız, silah işlətdiyiniz və ovu kəsdiyiniz zaman) Allahın adını çəkin (bismillah, Allahu-əkbər deyin). Allahdan qorxun. Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!”

Yəni haram olan şeylər bəllidir, qalanları halaldır. Bu gün  insanların özlərindən halal və ya haram çıxarmaları doğru deyil və  sanki Allahlıq iddiasında olmaq kimi bir şeydir”.

Quranı tərcümə edən alim, sənətşünaslıq üzrə elmlər doktoru Sabirə Dünyamalıyeva:

“Mən qeyd edilən məhsulların – kolbasa-sosiskanın texnologiyasını bildiyimə görə, onlardan istifadə etmirəm”.

“Tövbə” cəmiyyətinin sədri Hacı Əbdül:

“Bir zamanlar sosiska-kolbasadan istifadə etmişəm. Onda bu məhsullarla bağlı şübhələr yox idi. Amma indi istifadə etmirəm. Çünki  onların tərkibi məlum deyil. Yalandan üstünə “halal” yazırlar, amma şübhəlidir. Peyğəmbərimiz də buyurur ki, şübhələndiyin şeyi şübhələnmədiyin şeylə əvəz elə”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sabah hava necə olacaq? - PROQNOZ   
20.07.2018, 12:41

Sabah hava necə olacaq? - PROQNOZ  

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ
20.07.2018, 12:36

Mehriban Əliyeva MDB ölkələrinin DİN rəhbərləri ilə GÖRÜŞDÜ

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB
20.07.2018, 12:22

İlham Əliyev Fransada şirkət rəhbərləri ilə görüşdü - YENİLƏNİB

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ   
20.07.2018, 12:21

ABŞ-ın müdafiə nazirindən Türkiyəyə satılacaq F-35-lərlə bağlı önəmli MESAJ  

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi
20.07.2018, 12:15

Əbülfəs Qarayev Qazaxda şikayətləri dinlədi

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”
20.07.2018, 12:02

“Prezident gənclər siyasətinə xüsusi diqqət ayırır”

Həyətlərdə çətənə kolları aşkarlandı
20.07.2018, 11:49

Həyətlərdə çətənə kolları aşkarlandı

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu
20.07.2018, 11:35

Azərbaycanda sarılıq təhlükəsi - 365 mindən çox heyvan peyvənd olundu

Bakıda daha bir piyada ölümü
20.07.2018, 11:22

Bakıda daha bir piyada ölümü

ABŞ-da gəmi faciəsi: 11 ölü
20.07.2018, 11:18

ABŞ-da gəmi faciəsi: 11 ölü

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək
20.07.2018, 11:15

“Bakcell”dən “Təhsil Avtobusu-2018” Yay Məktəbinin keçirilməsinə dəstək

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ
20.07.2018, 11:14

“Səba” istehlakçılara müraciət etdi - XƏBƏRDARLIQ

AZAL narazı sərnişinlərə cavab verdi
20.07.2018, 11:02

AZAL narazı sərnişinlərə cavab verdi

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır
20.07.2018, 10:59

Məşhur şirkət malı endirimlə satmamaq üçün yandırır

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi   
20.07.2018, 10:58

IV qrupda 150 bal toplayan abituriyentlərə şans verildi  

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı
20.07.2018, 10:55

10 min manatlıq stəkan oğurlayanlar saxlanıldı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı
20.07.2018, 10:52

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Nazir arxeoloji qazıntılarla tanış oldu
20.07.2018, 10:47

Nazir arxeoloji qazıntılarla tanış oldu

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ
20.07.2018, 10:44

Təbiəti çirkləndirənlər CƏRİMƏLƏNDİ

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır
20.07.2018, 10:41

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanına qeydiyyat başa çatır

Tramp Putini HƏDƏLƏDİ: “Ən qatı düşməni olacam”   
20.07.2018, 10:36

Tramp Putini HƏDƏLƏDİ: Ən qatı düşməni olacam”  

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ   
20.07.2018, 10:29

Qızlar da maşinist olmaq istəyir - 9 xanım “Bakı Metropoliteni”nə SƏNƏD VERDİ  

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı
20.07.2018, 10:28

Bakı Ali Neft Məktəbinin 5  məzunu BP-dən iş təklifi aldı

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı
20.07.2018, 10:25

ABŞ müdafiə naziri Türkiyəni sakitləşdirməyə çalışdı

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi
20.07.2018, 10:16

“Şollerin arxivi” bədii filminə daha bir təqdimat keçirildi

Salyanda ağır qəza: 5 yaralı
20.07.2018, 10:00

Salyanda ağır qəza: 5 yaralı

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı   
20.07.2018, 09:47

I və IV qruplar üzrə test tapşırıqlarının izahı açıqlandı  

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər   
20.07.2018, 09:43

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər  

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...
20.07.2018, 09:36

Azərbaycanın İnterpol xətti ilə axtarışa verdiyi türkiyəli sahibkarlar...

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı
20.07.2018, 09:27

Təhsil və Mədəniyyət nazirliklərində işləmək üçün elan edilən müsahibə başa çatdı

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək
20.07.2018, 09:22

Berlindən Buxarestə qədər azərbaycanlılar, yaxud diasporla bağlı nikbin gələcək

Axtarışda olan daha 26 nəfər tutuldu
20.07.2018, 08:42

Axtarışda olan daha 26 nəfər tutuldu

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR   
20.07.2018, 08:40

AvroLiqada 43 klub II mərhələyə çıxdı - Bizimkilər biabır oldu - Bütün NƏTİCƏLƏR  

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...   
20.07.2018, 08:31

Aldadılan sənətçilər - Könül, Məleykə, Aygün...  

Məşhur idmançını kimlər öldürüb?   
20.07.2018, 08:21

Məşhur idmançını kimlər öldürüb?  

ARXİV