Modern.az

Milli Məclisin 2 xanım deputatı vitse-prezident seçildi

Milli Məclisin 2 xanım deputatı vitse-prezident seçildi

27 İyun 2018, 16:35

Azərbaycanlı deputatlar Qənirə Paşayeva və Ülviyyə Ağayeva AŞPA-da Azad Demokratlar Qrupunun vitse-prezidentləri seçiliblər.

 

Modern.az-ın məlumatına görə, AŞPA-da  Azad Demokratlar Qrupu vitse-prezidenti postuna ümumilikdə 5 nəfər seçilib.

 

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib. Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha da fəal təmsil etməyə çalışacaqlarını bildiriblər.

 

Qrupun iclası AŞPA-da müzakirəyə çıxarılan vacib məsələlərin müzakirəsi ilə davam edib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir