23 sentyabr 2018, Bazar
Ana Səhifə - ƏDƏBİYYAT - Peşəkar sənətkar, fədakar Qarabağ qazisi          
Peşəkar sənətkar, fədakar Qarabağ qazisi          
27.06.2018, 17:27

Hərbi operator Seyidağa Mövsümlünün ölüm xəbəri məni çox məyus etdi. Düz deyiblər: "Tanrı həmişə yaxşıları aramızdan vaxtsız aparır".


S.Mövsümlünün Müdafiə Nazirliyində hərbi operator kimi işə başlamasından az sonra mən də ehtiyatda olan zabit kimi həqiqi hərbi xidmətə çağırılıb, nazirliyin Redaksiya-nəşriyyat kompleksinin rəisi təyin olunmuşdum. Eyni zamanda "Xalq ordusu" qəzetinin baş redaktorluğu da mənə həvalə edilmişdi. Buna görə də Seyidağanı yaxşı tanıyırdım – Xocalı soyqırımını ilk lentə alan tanınmış teleoperator qızğın döyüşlərin getdiyi 1992-ci ildə cəbhənin qaynar bölgələrində də tez-tez olurdu. Bir neçə dəfə onunla nazirliyin həyətində görüşmüşdüm. Hər dəfə “Xalq Ordusu” qəzetinin son nömrələrindən 10-15 nüsxə götürüb, ön mövqedəki döyüşçülərə paylayacağını söyləyirdi. Yüksək peşəkarlığına və kifayət qədər tanınmasına baxmayaraq, çox təvazökar idi. Amma Seyidağanın necə bir şəxsiyyət olduğunu göstərmək üçün o zaman Müdafiə Nazirliyində, o cümlədən də “Xalq Ordusu” qəzetində yaranmış vəziyyət barədə bir neçə kəlmə yazmaq istəyirəm. Yaxın tariximizdə baş verənləri doğru-düzgün qələmə almalıyıq ki, kimin kim olduğunu hamı dəqiq bilsin.


Müdafiə Nazirliyinin yeni yaradılmış Redaksiya-nəşriyyat kompleksinin rəisi faktiki olaraq informasiya siyasəti üzrə nazir müavini səlahiyyətlərinə malik idi. (Təəssüf ki, məndən asılı olmayan səbəblərə görə bu səlahiyyətlərin əksəriyyəti elə kağız üzəridə də qaldı).  Bu sahədə mənim kifayət qədər təcrübəm vardı. İki il Estoniyada və Krasnodar məmləkətində həmişə döyüşə hazır olan ayrıca mühəndis-istehkam taborunda xidmət etmişdim. Birinci hərbi ixtisasım tırtıllı minadüzən maşının sürücü-mexaniki və operatoru vəzifəsi olub. Eyni zamanda xidmət dövründə böyük bir diviziyanın qəzetinin redaktoru olaraq hərbi jurnalist kimi fəaliyyət göstərmişdim. Keçən əsrin 80-ci illərinin əvvəllərində isə Naxçıvanın Culfa şəhərində hərbi radio-mühəndis kimi xidmət edib, leytenant rütbəsi almışdım. Bundan başqa uzun müddət Rusiya qəzetlərində bir sıra rəhbər vəzifələrdə işləmiş təcrübəli jurnalist idim və Qarabağ savaşı başlayan kimi yüksək vəzifəmdən və yaxşı şəraitimdən imtina edib, Azərbaycana qayıtmışdım.


1992-ci ildə qanuni müddət bitdiyinə görə hərbi komissarlıq mənə ehtiyatda olan kapitan rütbəsi verəcəkdi, lakin həqiqi hərbi xidmətə çağırıldığım üçün sənədlərim Müdafiə Nazirliyinə göndərilmiş və burada mənə tutduğum vəzifəyə görə hərbi praktikaya uyğun olaraq ən azı növbədənkənar mayor rütbəsi verilməli idi. Lakin R.Qazıyev: “Sən bura zvaniya almağa gəlmisən?” deyərək, mənə nəinki mayor, heç qanuni kapitan rütbəsini də verməmişdi. Mən də təkid etməmişdim, çünki sakit Rusiyadan müharibə edən Azərbaycana Vətənə xidmət etmək üçün gəlmişdim...


... Mən bu vəzifəyə o şərtlə getmişdim ki, Müdafiə Nazirliyinin Mətbuat xidməti də daxil olmaqla bütün informasiya siyasətinə rəhbərlik edəcəyəm. Amma Rəhim Qazıyevin kabinetində - Baş Qərargah rəisi Şahin Musayevin və nazir müavini Vahid Musayevin də iştirak etdiyi bir toplantıda o vaxtkı Müstəqil Sosial Demokrat Partiyasının sədri olan Leyla Yunusova gözlənilmədən dedi: “Raqim bey, Metbuat xidmetinə mən başçılıq etmək istəyirəm. Adil qəzet işini də yaxşı bilir. “Xalq Ordusu” da hərbi qəzetin tələblərinə cavab vermir. Qoy gedib vəziyyəti düzəltsin...”
Mən təəccüblə R.Qazıyevə baxdım. O isə sakitcə siqaretinə bir qullab vurub: “Get, qəzetlə tanış ol, lazımsız şöbələri ləğv et, yeni strukturu təsdiqə gətir” dedi. Müdafiə Nazirliyinin Redaksiya-nəşriyyat kompleksinin rəisi vəzifəsindən əlavə “Xalq Ordusu” qəzetinin baş redaktorluğu mənə bax belə - Leyla Yunusovanın təklifi və Rəhim Qazıyevin razılığı ilə həvalə olundu...



... İki aya yaxın çıxan qəzetlə tanışlıq zamanı məlum oldu ki, nazirliyin rəsmi orqanı faktiki olaraq Ramiz Məlikov adlı bir hərbi həkimin rəhbərlik etdiyi Mətbuat xidmətinin bülleteni kimi fəaliyyət göstərir və qəzetdə gedən bütün yazılar onun icazəsi ilə dərc olunur. Redaksiyada çalışan nəinki hərbi vəzifəli, həm də mülki şəxslərin işə qəbulu və işdən azad edilməsi məsələləri ilə nazirliyin Kadrlar şöbəsi məşğul olurdu. Baş redaktor Üzeyir Cəfərovun isə elə bir səlahiyyəti yox idi. Redaksiyanın strukturu da hərbi qəzetin tələblərinə, həqiqətən, uyğun deyildi. Məsələn, R.Məlikov özü şer yazdığına görə müharibə edən ölkənin hərbi qəzetində aparıcı şöbələrdən biri Mədəniyyət şöbəsi idi və qəzetdə tez-tez müxtəlif şerlər və bədii yazılar dərc olunurdu. Ordu siyasətə qarışmamalı olduğundan qəzetdə digər aparıcı şöbənin Siyasət şöbəsi olması isə tamamilə nonsens idi. Qəzetin şüarı da xoşuma gəlmədi: “Həyat üçün doğulmuşuq, vətən üçün ölməliyik”. Əgər öləcəyiksə, onda bu Vətəndə kim yaşayacaq?


Mən qəzetin təkcə strukturunun yox, həm də statusunun dəyişdirilməsi məsələsini qaldırdım. Yeri gəlmişkən, artıq R.Məlikovun yerinə Leyla Yunusova təyin olunmuşdu və o, qəzeti də öz tabeliyində saxlamaq istəyirdi. Mən Redaksiya-nəşriyyat kompleksinin rəisi kimi buna qarşı çıxdım və fikrimi onunla əsaslandırdım ki, Nazirliyin mətbu orqanı onun hansısa bir şöbəsinə tabe ola bilməz. Təəssüf ki, günü bu gün də bir sıra nazirlik və idarələrin mətbu orqanları mətbuat mərkəzlərinin bülleteni kimi fəaliyyət göstərir.
Mən qısa müdətdə “Xalq Ordusu” qəzetinin hərbi qəzetin tələblərinə tam cavab verən strukturunu hazırladım. Təbii ki, Mədəniyyət və Siyasət şöbələri də ləğv olundu, qəzetin şüarı isə “Yağılara aman vermə!” oldu. Yeri gəlmişkən, 1992-ci ildə “Xalq Ordusu” qəzetinə baş redaktor təyin olunana qədər bircə gün də rəhbər vəzifədə işləməmiş, hazırda özünü “hərbi ekspert” adlandıran Üzeyir Cəfərov iki ay mətbuat xidmətinin bülleteni statusunda fəaliyyət göstərən və özünün baş redaktor kimi praktik olaraq heç bir səlahiyyəti olmayan qəzetin strukturunu hələ də müdafiə edir. Əgər həmin struktur hərbi qəzetin tələblərinə cavab versəydi, biliyinə və təcrübəsinə görə Azərbaycanın bir nömrəli hərbi generalı olan və ölkədən qaçmış Ş.Musayevin yerinə Baş Qərargah rəisi təyin olunmuş V.Bərşadlı redaksiyanın mənim tərtib etdiyim yeni strukturunu təsdiq etməzdi.


Yeni struktura görə redaksiya müstəqil hərbi vahid olduğundan baş redaktor artıq Mətbuat xidmətinin rəhbərinə yox, yalnız Nazirliyin Kollegiyasına və Müdafiə nazirinə tabe idi. Nəinki mülki, həm də hərbi vəzifələrə işə qəbulla isə baş redaktor müstəqil məşğul olurdu və bütün əmək kitabçaları onun seyfində idi. Qəzetdə dərc olunan materialları da baş redaktor heç kimlə razılaşdırmırdı və onlardan hamı yalnız qəzet çap olunandan sonra xəbər tuturdu. Buna görə elə ilk görüşdəcə S.Mövsümlüyə o dövr üçün kifayət qədər yüksək maaşla qəzetin ştatlı foto-müxbiri kimi də fəaliyyət göstərməyi təklif etdim. Lakin Seyidağa özünəməxsus təvazökarlıqla dedi: “Mən sevdiyim işlə məşğul oluram ve buna görə hətta maaş da alıram. İstəsəniz, foto-müxbirinizi göndərərsiniz, mən lazımi şəkilləri ona təmənnasız verərəm”. Bax, belə gözütox insan idi S.Mövsümlü!


1992-ci ilin yayında – bəziləri cəbhə bölgəsindən qaçanda mən qəzetin Bakıda çapını dayandırıb, kollektivlə birlikdə Azərbaycan mətbuatı tarixində ilk dəfə ön cəbhədə hərbi bülletenlər buraxmağa başladım. Onda da Goranboyda, Tərtərdə Seyidağa hərbi bülletenləri məndən alıb, on mövqedəki döyüşçülərə paylayırdı.


1996-cı ildə mən Seyidağanın daha bir xeyirxahlığının şahidi oldum. Onda biz Qarabağ Əlillər Cəmiyyəti ilə birlikdə “Zaman” qəzetini buraxırdıq. Mən bir il əvvəl Qarabağ mövzusunda bir pyes yazmışdım. Ölkənin bir sıra iri teatrlarının rejissorları, o cümlədən Akademik Dram teatrında rejissor Bəhram Osmanov  pyesi bəyənmiş, lakin tamaşaya qoymaq üçün 30000 manat pul istəmişdilər. Buna görə də pyes əsasında televiziya filmi çəkmək üçün  AzTV-yə müraciət etmiş, lakin yenə də o vaxtkı kursla təxminən 7000 dollar lazım olduğunu bildirmişdilər. Onda qəzetimizin böyük döyüş təcrübəsi olan fəal müxbiri Rey Kərimoğlu pyesi tanış olmaq üçün S.Mövsümlüyə vermiş, təcrübəli tele-operator isə əsəri oxuyandan sonra demişdi: “Qarabağ həqiqətləri burada çox düzgün əks olunmuşdur. Rejissora deyin ki, operator işini mənə həvalə etsin və alacağm pulu ümumi məbləğdən çıxsın. Mən telefilmi təmənnasız çəkərəm...”


S.Mövsümlünün belə təmənnasız yaxşılıqları haqqında onu tanıyanların hər biri onlarla fakt göstərə bilər. Məni isə narahat edən başqa məsələdir. Qarabağda şiddətli  döyüşlər gedən zaman həyatı ilə risk edərək daim ön mövqedə olan, yaralanan belə peşəkar teleoperatora niyə lazımi qiymət verilmədi və onun dəfni niyə dövlət səviyyəsində təşkil olunmadı. 2-ci Fəxri Xiyabanda dəfn olunanların nəyi S.Mövsümlüdən artıq idi? Son zamanlar hətta məhşur xalq artistlərinə də nəinki 1-ci, hətta 2-ci Fəxri Xiyabanda da yer tapılmır. Telman Adıgözəlov, Zərnigar Ağakişiyeva, Fuad Poladov kimi sənətkarlar da əyalət qəbiristanlıqlarında torpağa tapşırılmışlar...


...S.Mövsümlüyə təkcə sənətkar yox, həm də döyüşlərdə  çoxlu şücaət göstərib yaralanmış Qarabağ qazisi kimi lazımi qiymət verilməli, onun dəfni dövlət  səviyyəsində təşkil olunmalı idi. Əfsus ki təvazökar, hər cür qalmaqaldan uzaq, fədakar Qarabağ qazilərinə belə münasibət artıq adət halını almışdır. S.Mövsümlünün əziz xatirəsi isə rəsmilərin münasibətindən asılı olmayaraq onu tanıyanlarin qəlbində əbədi yaşayacaqdır.

 


Hörmətlə,

Adil ZAMAN,

Müdafiə Nazirliyinin tam müstəqil hərbi vahid olan

“Xalq Ordusu” qəzetinin ilk və son baş redaktoru  


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər
23.09.2018, 00:26

Dəhşətli virus 100 il sonra yenidən qayıda bilər

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi
23.09.2018, 00:03

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Qrenlandiyada buzlar sürətlə əriyir
22.09.2018, 23:42

Qrenlandiyada buzlar sürətlə əriyir

Hicab geyinən kişi bankı qarət etdi
22.09.2018, 23:15

Hicab geyinən kişi bankı qarət etdi

Xamenei terrora görə ABŞ-ı ittiham etdi
22.09.2018, 22:58

Xamenei terrora görə ABŞ-ı ittiham etdi

Avtobus qəzasında 13 nəfər öldü
22.09.2018, 22:41

Avtobus qəzasında 13 nəfər öldü

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu
22.09.2018, 22:27

Mübahisə edən iki baş məşqçi meydandan qovuldu

Qarabağda erməni əsgəri öldürüldü
22.09.2018, 22:14

Qarabağda erməni əsgəri öldürüldü

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı
22.09.2018, 21:58

Saatlı sakini qaynanasını qətlə yetirdi, həyat yoldaşını yaraladı

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı
22.09.2018, 21:45

“Qarabağ”ın  oyununa 10 min bilet satıldı

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı
22.09.2018, 21:29

Hərbi paraddakı partlayışda ölənlərin sayı 28-ə çatdı

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı
22.09.2018, 21:12

Əbülfəs Qarayev Moskvada müzakirələr apardı

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR
22.09.2018, 20:56

Leyla Əliyeva Beynəlxalq Sülh Gününə həsr olunan tədbirdə - FOTOLAR

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI
22.09.2018, 20:34

Bakıda ana 8 yaşlı qızını bu səbəbdən CƏZALANDILRDI

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi
22.09.2018, 20:31

Tahir Süleymanov “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 
22.09.2018, 20:19

Azərbaycan paracüdoçusuna  yeddinci dan qara kəmər verildi 

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq
22.09.2018, 20:03

Milli Məclisin komitə sədri AŞPA tədbirinə qatılacaq

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi
22.09.2018, 18:00

FHN çarpayıdan yıxılan ağır çəkili kişini xilas etdi

Prezident Bakıda Dünya Çempionatını izlədi
22.09.2018, 17:56

Prezident Bakıda Dünya Çempionatını izlədi

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib
22.09.2018, 17:45

Prezident Səudiyyə Ərəbistanının Kralını və Vəliəhdini təbrik edib

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb
22.09.2018, 17:38

Libermanın Azərbaycan səfərinin nəticələri Yerevanda təşviş yaradıb

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü
22.09.2018, 17:31

Sumqayıtda avtomobillə vurulan piyada xəstəxanada öldü

İlham Əliyev İran prezidentinə başsağlığı verdi
22.09.2018, 17:14

İlham Əliyev İran prezidentinə başsağlığı verdi

Moskva tarixinin ən isti payızını yaşayır
22.09.2018, 17:00

Moskva tarixinin ən isti payızını yaşayır

“Florens” qasırğasının vurduğu zərər hesablandı
22.09.2018, 16:40

“Florens” qasırğasının vurduğu zərər hesablandı

Türkiyədə "Google" milyon dollar cərimələndi
22.09.2018, 16:25

Türkiyədə "Google" milyon dollar cərimələndi

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi
22.09.2018, 16:09

Ermənistanda Futbol Federasiyasına yeni prezident seçildi

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”
22.09.2018, 16:04

“Arxivdə Azərbaycandakı “KQB” agenturası barədə izlər hələ də qalır”

Bakıda xuliqanlıq edən şəxs tutulub
22.09.2018, 15:53

Bakıda xuliqanlıq edən şəxs tutulub

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü
22.09.2018, 15:42

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB
22.09.2018, 15:24

İranda hərbi parada silahlı hücum – Ölənlər var - VİDEO+YENİLƏNİB

Yenot hər kəsi qorxuya saldı - VİDEO
22.09.2018, 15:20

Yenot hər kəsi qorxuya saldı - VİDEO

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ
22.09.2018, 15:11

Neftin qiyməti yenidən 100 dolları keçə bilər - PROQNOZ

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi
22.09.2018, 14:59

Hadi Rəcəbli Maltalı deputatları müşaiyət etdi

Beyləqanda 196 ağac yandırıldı
22.09.2018, 14:49

Beyləqanda 196 ağac yandırıldı

ARXİV