Modern.az

Dünya Çempionatı-2018-də daha bir ŞOK hadisə: Almaniya 1/8 finala çıxa bilmədi

Dünya Çempionatı-2018-də daha bir ŞOK hadisə: Almaniya 1/8 finala çıxa bilmədi

Mədəni̇yyət

27 İyun 2018, 20:06

Rusiyada keçirilən futbol üzrə dünya çempionatında III turun növbəti oyunları keçirilib. Modern.az xəbər verir ki, “F” qrupunda Cənubi Koreya - Almaniya və Meksika - İsveç oyunları baş tutub.

Bu oyunlardan əsas diqqət  “Kazan Arena”da keçirilən Cənubi Koreya - Almaniya oyununa yönəlib. Komandalar nə qədər cəhd etsələr də əsas vaxtda qapılara qol vurulmayıb. Amma oyuna əlavə olunan 6 dəqiqədə Cənubi Koreya iki qol vurub. 90+4-cü dəqiqədə Kim Yinq-Qvon, 90+6-cı dəqiqədə isə Son Hin-Min fərqlənərək oyunun taleyini həll edib. Bununla da oyun Cənubi Koreyanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Meksika - İsveç oyununda isə tamaşaçılar 3 qol görüb.  Oyunun 50-ci dəqiqəsində İsveçin oyunçusu Auqustinsson, 62-ci dəqiqəsində Qrankvist fərqlənib. Oyunun 74-cü dəqiqəsində isə  Alvarez avtoqola imza ataraq Meksikanı məyus edib. Amma məğlub olsa da, Meksika 1/8 finala vəsiqə qazanıb.

Beləliklə, son dünya çempionu olan Almaniya Rusiyanı qrup sonuncusu kimi tərk edib.

27 iyun

F qrupu

18:00. Cənubi Koreya - Almaniya - 2:0 
Qol:
 Kim Yinq-Qvon, 90+4, Son Hin-Min,90+6
Baş hakim: Mark Geyger (ABŞ)
Kazan. “Kazan Arena”

18:00. Meksika - İsveç - 0:3
Qol
: Auqustinsson, 50, Qrankvist, 62-pen. Alvarez, 74-avtoqol
Baş hakim: Nestor Pitana (Argentina)
Yekaterinburq. “Yekaterinburq Arena” 

1.

İsveç

3

2

0

1

5:2

6

2.

Meksika

3

2

0

1

3:4

6

3.

Cənubi Koreya

3

1

0

2

3:3

3

4.

Almaniya

3

1

0

2

2:4

3

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir