16 noyabr 2018, Cümə
Ana Səhifə - İQTİSADİYYAT - Aqrar sahədə sarımsaq böhranı - İstehsalçılar məhsulu niyə sata bilmirlər... - PROBLEM  
Aqrar sahədə sarımsaq böhranı - İstehsalçılar məhsulu niyə sata bilmirlər... - PROBLEM  
28.06.2018, 09:07

Bu gün kənd təsərrüfatı sahəsində pərkəndəlik hökm sürür. Dedi-qodu üzərinə qurulan, planlaşdırılmadan əkilən məhsul növləri sonda fermerlərin ziyana düşməsinə səbəb olur. İnişil soğan, bu il də sarımsaq... Tendensiya nə vaxtadək davam edəcək?

 

Sarımsaq-soğan böhranı...

 

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Modern.az-a deyib ki, bunun əsas səbəbi mərkəzdən kənarda yaşayan istehsalçıların informasiya təminatının qurulmamasıdır:

“Hesab edirəm ki, aqrar iqtisadiyyatda mərkəzləşdirilmiş məsləhət informasiya xidməti yardılmalıdır. Bu məsləhət xidməti bazar tendensiyalarını, bazarın konyekturasını və inkişaf istiqamətlərini araşdırmalıdır. İstehlakçıların hansı məhsullara daha çox tələbatı var və s. Bildiyiniz kimi, hər mövsümdə istehlakçıların qidalanma strukturu dəyişir. Bu tendensiyalar öyərənilməli, ümumiləşdirmə aparılaraq, hər bir fermer üçün Azərbaycanda fərdi məsləhət xidməti qurulmalıdır. Bu gün dünyada bunun praktikası çoxdur. İstənilən bir ölkənin kənd təsərrüfatına nəzər salsaq, bu istiqamətdə müxtəlif metodların olduğunu görərik. Bütün dünyada hər bir fermerlə aidiyyatı qurum arasında SMS əlaqəsi var. Səlahiyyətli qurum hər gün o sahədəki yeniliklər, bazardakı qiymətlər və tendensiyalar barədə məlumatlar göndərir. Fermer, kəndli də işini aldığı SMS-ə görə qurur.

Azərbaycanda bu sistem qurulmadığına görə istehsalçılar bir istiqaməti götürür. Bu il nə azdırsa, nəyin qiyməti nisbətən baha olubsa, növbəti il onu əkməyə başlayırlar. İnişil soğan yaxşı qiymətə gedirdi, hamı başladı soğan əkməyə. Ötən il ölkədə soğan böhranı yaşandı.
Eynilə də, builki problemin adı sarımsaqdır. Ötən il sarımsaq baha idi, 1 kiloqramı 7-8 manata satılırdı, bu il hamı başladı sarımsaq əkməyə. Bu il sarımsağın qiyməti kəskin düşüb. Növbəti il də tendensiya başqa bir istiqamətdə davam edəcək. Bu, ümumilikdə regionlarda yaşayan fermerlərin iqtisadi fəallığına ciddi təsir edən amildir. Mən Sumqayıt bazarında şənbə-bazar günləri müşahidələr apardım. Bəzi məhsullarda-konkret olaraq ac-şirin bibərdə 50 faizə qədər ucuzlaşma var. Bibər  1 manat 50 qəpikdən 80 qəpiyədək ucuzlaşıb. Bu o deməkdir ki, arxadan məhsul gəlir, amma bazar çatdırıb onu realizə edə bilmir. Bu çox ciddi problemdir. Nəzərə alsaq ki, Azərbaycanda kifayət qədər saxlanc yerləri yoxdur, bu, problemin miqyasını daha da böyüdür”.

“Bütün məsuliyyət Kənd Təsərürfatı Nazirliyinin üzərindədir”

Ekspertin sözlərinə görə, məsələyə cavabdeh qurum bilvasitə Kənd Təsərrüfatı Nazirliyidir:

“Eyni zamanda, nazirliyin nəzdində fəaliyyət göstərən qurumlar var. Bütün bunlar Ərzaq Məhsullarının Tədarükü və Təchizatı Açıq Səhmdar Cəmiyyəti və yeni yaradılan Dövlət Aqrar Ticarət Şirkətinin bilvasitə funksiyalarına daxildir. Eyni zamanda, prezidentin sərəncamı ilə Dövlət Aqrar Tədqiqatlar Mərkəzi yaradıldı. Mən hesab edirəm ki, o mərkəzin resursları hökmən Azərbaycanda məsləhət-informasiya xidmətinin qurulmasına yönəlməlidir.

Bu məsələlərdə mərkəzi icra hakimiyyəti olaraq Kənd Təsərrüfatı Nazirliyi məsuliyyət daşıyır. Qanunla bütün səlahiyyətlər nazirlikdədir. Bildiyiniz kimi, məsləhət-informasiya xidməti nazirliyə aiddir və tabeliyində təxminən 17 elmi tədqiqat institutu, 30-a yaxın elmi təcrübə stansiyası var. Əgər buna qədər effektiv informasiya mübadiləsi qura bilsəydilər, bu gün belə problemlər olmazdı. Hazırda nazirliyin hər bir regional idarəsində məsləhət-informasiya mərkəzi var. Gedişat onu deməyə əsas verir ki, yeni nazir İnam Kərimov bu xidməti yenidən qurmağa çalışır. Bildiyiniz kimi, tanınmış gənc alim Vüqar Babayev Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunub. Ümid edirəm ki, onun özü də bu sistemin işlək hala gətirilməsində mühüm rol oynayacaq”.

 

Regional idarələrin effektsiz fəaliyyəti...

Ekspert bildirib ki, hələ sabiq nazir Heydər Əsədovun dövründə yaradılan regional idarələr səlahiyyətli olduqları sahədə o qədər də effektli işləmirdi:

“Heydər Əsədovun dövründə regional kənd təsərrüfatı idarələrinin yaradılması ilə maddi-texniki bazanın gücləndirilməsi istiqamətində effektiv addımlar atıldı. Çox gözəl, yaraşıqlı, gözəgəlimli binalar tikildi. Hər bir avadanlıqla təchiz olunan həmin binların əksəriyyətində olmuşam. Amma onların çoxu aqrar sahədə effektli işləmirlər.Pambıqdan zəhərlənmə məsələsində də bunun əyani şahidi olduq. Əgər onlar effektiv fəaliyyət göstərsəydilər, bu cür problemlər də yaşanmazdı. Hələ bundan sonra hansı fəsadlarla qarşılaşacağıq bilmirik. Bildiyiniz kimi, artıq açıq sahədə tərəvəzçilik mövsümü başlayıb. Bu da kənd təsərrüfatında riskli sahə sayılır. Tərəvəzlər böyük hektarlarla ərazilərdə açıq şəkildə əkilir. Çox maraqlıdır, bu sahələrdə istehsalçılarla iş aparan hansısa qurum varmı? Bu istiqamətdə hansı işlər görülür? Günəş altında, ilan və bu kimi heyvanlarla qarşılaşma zamanı necə davranmalı olduqlarını bilirlərmi? Bu da ayrıca mövzunun müzakirəsidir. Çünki açıq sahələrdə qurumuş ot, qamış, qarğılar var, bu da yanğına səbəb ola bilər. Hazırda bu sahədə böyük risk müşahidə edilməkdədir”.


Gülşən RAUFQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir   
16.11.2018, 13:09

Jurnalist Aqil Camal Qazaxıstandakı beynəlxalq konfransa gedir  

Sabahın havası: Yağış yağacaq
16.11.2018, 13:03

Sabahın havası: Yağış yağacaq

Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI
16.11.2018, 13:03

Gələn il daha 5 rayonda “ASAN xidmət” mərkəzi açılacaq - SİYAHI

16.11.2018, 13:03

"Sədərək" Ticarət Mərkəzindəki yanğın söndürüldü - YENİLƏNİB

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir - Deputatların yeni merdən gözləntiləri
16.11.2018, 12:55

Eldar Əzizov Bakının çətin problemlərini həll etməlidir - Deputatların yeni merdən gözləntiləri

Kaliforniyada yaşayan azərbaycanlılar toplaşdı - FOTO
16.11.2018, 12:51

Kaliforniyada yaşayan azərbaycanlılar toplaşdı - FOTO

Avtoxuliqanlar saxlanıldı
16.11.2018, 12:46

Avtoxuliqanlar saxlanıldı

Köçkünlərin pensiya stajı ilə bağlı problemi həll olundu
16.11.2018, 12:42

Köçkünlərin pensiya stajı ilə bağlı problemi həll olundu

Prezident Azərbaycan gənclərinə təbrik ünvanladı
16.11.2018, 12:34

Prezident Azərbaycan gənclərinə təbrik ünvanladı

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA
16.11.2018, 12:28

Azərbaycan gəncləri fəallaşır – Nazirdən AÇIQLAMA

Pensiya yaşına çatanlara SMS gələcək
16.11.2018, 12:27

Pensiya yaşına çatanlara SMS gələcək

Azərbaycanda bahalaşma - RƏSMİ 
16.11.2018, 12:15

Azərbaycanda bahalaşma - RƏSMİ 

Vergilər Nazirliyinin səlahiyyətləri artırılır 
16.11.2018, 12:02

Vergilər Nazirliyinin səlahiyyətləri artırılır 

Bakı Metropoliteni işçi axtarır
16.11.2018, 11:59

Bakı Metropoliteni işçi axtarır

Ramiz Rzayev hakim çatışmazlığından GİLEYLƏNDİ
16.11.2018, 11:58

Ramiz Rzayev hakim çatışmazlığından GİLEYLƏNDİ

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ləğv olunur 
16.11.2018, 11:54

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi ləğv olunur 

Nazirlik 100 min ağac əkəcək
16.11.2018, 11:48

Nazirlik 100 min ağac əkəcək

Erməni cinayətləri ilə bağlı elektron kitab dərc olundu
16.11.2018, 11:40

Erməni cinayətləri ilə bağlı elektron kitab dərc olundu

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”
16.11.2018, 11:31

Moskvadan SİQNAL: “Azərbaycan istəsə... Ermənistan buna mane ola bilməyəcək”

İmişlidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO
16.11.2018, 11:26

İmişlidə “ASAN xidmət” mərkəzi fəaliyyətə başladı - FOTO

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir
16.11.2018, 11:23

“Əmək pensiyaları haqqında” qanun dəyişdirilir

Göyçayda 500 kq at əti aşkarlandı
16.11.2018, 11:11

Göyçayda 500 kq at əti aşkarlandı

ABŞ Prokurorluğu Assanca qarşı yeni ittihamlar irəli sürdü
16.11.2018, 11:11

ABŞ Prokurorluğu Assanca qarşı yeni ittihamlar irəli sürdü

10 yaşlı Qol.az-ın redaktoru: “Bizim üçün gecə ilə gündüzün fərqi itib” - MÜSAHİBƏ   
16.11.2018, 11:10

10 yaşlı Qol.az-ın redaktoru: “Bizim üçün gecə ilə gündüzün fərqi itib” - MÜSAHİBƏ  

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir
16.11.2018, 10:43

BANM-da MBA təhsili: İdarəçilik idarəçilərdən öyrənilir

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA  
16.11.2018, 10:37

Abel Məhərrəmovu BDU-da kim əvəzləyir? - AÇIQLAMA  

Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
16.11.2018, 10:36

Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE
16.11.2018, 10:26

İdris İsayev bir nazirin müavini vəzifəsindən çıxarıldı, digər nazirə müavin aparıldı - DOSYE

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib
16.11.2018, 10:23

BirBank tətbiqini 300 000-dən artıq istifadəçi yükləyib

Ötən günün “yol terroru” - 3 qəza, 1 ölü, 3 yaralı
16.11.2018, 10:18

Ötən günün “yol terroru” - 3 qəza, 1 ölü, 3 yaralı

Azərbaycanda ilkin əlillik 61,3 faiz azalıb
16.11.2018, 10:13

Azərbaycanda ilkin əlillik 61,3 faiz azalıb

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü
16.11.2018, 10:02

Dəhşətli yanğında 63 nəfər öldü, 630 nəfər itkin düşdü

İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018, 09:58

İsrail Azərbaycana yeni səfir təyin etdi

16.11.2018, 09:52

"Sovetski"dəki güclü yanğınla bağlı FHN məlumat yaydı

Azərbaycan məktəblərində payız tətili başladı
16.11.2018, 09:48

Azərbaycan məktəblərində payız tətili başladı

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb
16.11.2018, 09:35

Yeni model qəbul imtahanlarına hazırlaşanlara çətinliklər yaradıb

Ermənistan cəbhədə təxribat törətdi
16.11.2018, 09:27

Ermənistan cəbhədə təxribat törətdi

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR
16.11.2018, 08:55

Bu gündən jalüzlü maşınların sürücüləri CƏRİMƏLƏNİR

Bu gün Millətlər Liqasında daha 7 oyun - TƏQVİM   
16.11.2018, 08:41

Bu gün Millətlər Liqasında daha 7 oyun - TƏQVİM  

Millətlər Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR   
16.11.2018, 08:25

Millətlər Liqasında 9 oyun keçirildi - NƏTİCƏLƏR  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
16.11.2018, 08:21

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

7 BMT sülhməramlısı öldürüldü
16.11.2018, 00:46

7 BMT sülhməramlısı öldürüldü

Nazir vergi dəyişikliklərinin detallarını açıqladı
16.11.2018, 00:28

Nazir vergi dəyişikliklərinin detallarını açıqladı

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir
16.11.2018, 00:09

Səfir Meksika şəhəri ilə Bərdənin qardaşlaşmasını təklif edir

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı
15.11.2018, 23:56

Öldürülən Rusiya səfirinin istintaqı tamamlandı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı
15.11.2018, 23:38

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov
15.11.2018, 23:10

“Nağdsız ödəniş edənlərə vergi güzəştləri nəzərdə tutulur”- Mikayıl Cabbarov

Maştağada qəbirqazan “iş başında” öldü
15.11.2018, 22:58

Maştağada qəbirqazan “iş başında” öldü

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş
15.11.2018, 22:41

Trampdan Fətullah Gülənin Türkiyəyə ekstradisiyası üçün göstəriş

Azərbaycan komandası məğlub oldu
15.11.2018, 22:27

Azərbaycan komandası məğlub oldu

ARXİV