Modern.az

Azərbaycanlı dünya çempionu Ərdoğanın qələbəsinə qurban kəsdi: “Onun pərəstişkarıyam”  

Azərbaycanlı dünya çempionu Ərdoğanın qələbəsinə qurban kəsdi: “Onun pərəstişkarıyam”    

28 İyun 2018, 09:19

Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti, kinq-boks üzrə dünya çempionu Güloğlan Cabbarov Türkiyədə keçirilmiş prezident seçkilərində Rəcəb Tayyib Ərdoğanın qələbə qazanması münasibətilə qurban kəsib.

Modern.az-ın məlumatına görə, Güloğlan Cabbarov bununla bağlı deyib:

"Mən gəncliyimdən Ərdoğanın pərəstişkarıyam. Onun fəaliyyətini izləyirəm. Onu İslam dünyasının xilaskarı kimi görürəm. Mərd, cəsur siyasətçidir. Beynəlxalq arenada müsəlman, türk dünyasının maraqlarını qoruyur. Azərbaycanla münasibətlərin inkişafına xüsusi diqqət ayırır. Cənab prezident İlham Əliyevin onu ilk təbrik etməsi qardaşlığımızın təcəssümünü, birliyini göstərdi. Allah hər iki lideri qorusun".


Elnur Eltürk

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!