Modern.az

Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR - Aparat rəhbəri, şöbə müdirləri...  

Mədəniyyət Nazirliyində yeni TƏYİNATLAR - Aparat rəhbəri, şöbə müdirləri...   

28 İyun 2018, 10:54


Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə  kadr təyinatları həyata keçirilib.

Bu barədə Modern.az-a nazirilyin mətbuat xidmətindən məlumat verilib.

Nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirlik Aparatının yeni rəhbəri təyin edilib.

Bundan əlavə, yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə İntiqam Hümbətov təyin edilib.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərov təyin olunub.        

Qeyd edək ki, nazirliyin Aparatının yeni strukturunun formalaşmasında ölkəmizdə mədəniyyət siyasətinin daha məqsədyönlü və effektiv şəkildə həyata keçirilməsi, müvafiq sahələrin idarə olunmasında innovasiyaların, müasir texnologiyaların, habelə elmi nailiyyətlərin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi əsas meyarlar kimi götürülüb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər