Modern.az

Eldar İbrahimov: “Avropa Şurası başa düşdü ki, Səməd Seyidovla bağlı səhv edib”  

Eldar İbrahimov: “Avropa Şurası başa düşdü ki, Səməd Seyidovla bağlı səhv edib”   

28 İyun 2018, 13:20

“Bütün dünya Azərbaycanın hərbi qüdrətini iyunun 26-da Silahlı Qüvvələr Günündə Ordumuzun yaranmasının 100 illiyinə həsr olunmuş hərbi paradda gördü. Hərbi paradda nümayiş etdirilən silahlar son model silahlardır. Cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev də paradda çıxış edərkən bildirdi ki, Azərbaycanın bu gün çox güclü ordusu var və ordumuzun torpaqlarımızı işğaldan azad etməyə tam qadirdir.  Həqiqətən də bu gün Azərbaycan Ordusunu dünyanın ən güclülərindəndir”.


Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Komitə sədri paradda nümayiş olunan hərbi texnikaların və silah-sursatların sadəcə bir nümunə olduğunu qeyd edib.

“ Paradda nümayiş olunan silahlar bizdə olan silahların  çox cüzi hissəsi idi.  Bu gün Azərbaycan Ordusu hərbi gücü hesabına torpaqlarımızı azad etməyə tam hazırdır. Ancaq biz sülhsevər ölkə olduğumuza görə istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Hesab edirəm ki, hərbi paradda göstərilən silahlar ermənilərin canına qorxu salıb. Ordumuz tərəfindən Aprel döyüşlərində 2 min hektardan çox, Naxçıvanda Günnüt kəndinin 11 min hektardan çox  ərazinin işğaldan azad olunması ermənilərə böyük bir mesajdır ki, Azərbaycanın işğal altında olan ərazilərindən əl çəksinlər”.


E.İbrahimov bildirib ki, paradda nümyiş olunan hərbi texnikalar düşmənin bağrını çatladıb.


“Cənab prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə biz nəninki Dağlıq Qarabağı, hətta İrəvanə da yaxın müddətdə geri qaytara bilərik.  Bizim bu gün çox böyük gücümüz var”.

 

Eldar İbrahimov həmçinin A zərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun yenidən AŞPA-nın vitse-prezidenti seçilməsinə də münasibət bildirib.

Komitə sədri deyib ki, o bir neçə vaxt bundan öncə Avropa Şurasında Səməd Seyidov haqqında verilən qərarın qərəzli olduğunu bildirmişdi.

“Çox keçmədi ki, dediklərim bir daha sübut olundu. Artıq indi Avropa Şurası başa düşür ki, Səməd Seyidovla bağlı səhv edib”.

E.İbrahimov  qeyd edib ki, Səməd Seyidov öz savadı və təcrübəsilə Avropa Şurasında təmsil olunan bütün ölkələrin qrup rəhbərlərindən yüksəkdə dayanan adamdır.

“Səməd Seyidov vitse-prezident kimi də çalışıb, çox savadlı və təcrübəli diplomatdır. Buna görə də Səməd Seyidovun Avropa Şurasında böyük nüfuzu var. Mən Avropa Şurasında elə bir adam tanımıram ki, Səməd Seyidovdan savadlı və qabiliyyətli olsun. Sadəcə olaraq bir müddət öncə Avropa Şurası Azərbaycana təzyiq etmək üçün Səməd Seyidova qarşı məlum addımları atdı. Ancaq bu özünü doğrultmadı. Haqq-ədalət öz yerini tapdı”.

Komitə sədri qeyd  edib ki, Azərbaycana qarşı bu cür təzyiqlər heç zaman özünü doğrultmayacaq.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır