Modern.az

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna cəmi 25 yazı verilib

KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna cəmi 25 yazı verilib

3 Dekabr 2009, 13:33

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fərdi jurnalist yazılarının mükafatlandırılması ilə bağlı elan etdiyi müsabiqənin müddəti gələn həftə başa çatacaq. Modern.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, jurnalistlərin vəziyyətini nəzərə alaraq, müsabiqənin vaxtını dekabrın 12-ə kimi uzadıblar. V.Səfərli deyib ki, bu günə kimi fonda 25-ə yaxın yazı təqdim olunub.

İcraçı direktor onu da bildirib ki, yazılar az olsa belə, müsabiqənin vaxtını daha bir dəfə uzatmayacaqlar: “İlin sonu yaxınlaşır. Müsabiqə isə noyabrın 5-dən elan edilib. Ekspertlərin rəyini və başqa işləri nəzərə alsaq, müsabiqə vaxtını bir də uzada bilmərik. Yəqin ki, gələn həftənin sonunadək yazıların sayı artacaq”.

Qeyd edək ki, müsabiqədə hər bir qalibə 1000 manat məbləğində pul mükafatı veriləcək. Qaliblər Fondun xüsusi diplomu ilə də təltif olunacaqlar.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir