Modern.az

Azərbaycanın ən məşhur fotojurnalisti  vəfat etdi  

Azərbaycanın ən məşhur fotojurnalisti  vəfat etdi  

28 İyun 2018, 23:49

Azərbaycanın məşhur fotojurnalisti, idman reportajları üzrə mahir fotoqraf Yaşar Xəlilov bu gün vəfat edib. Modern.az xəbər verir ki, məlumatı mərhumun fotoqraf həmkarı Fərid Xayrulin bildirib.

Yaşar Xəlilov 11 aprel 1934-cü ildə Bakı şəhərində anadan olub. “Azərbaycan Gəncləri” qəzetinin idman şöbəsində iş fəaliyyətinə başlayıb.  Əsgərliyə gedib döndükdən sonra redaksiyaya qayıdıb.  Daha sonar müsabiqə yolu ilə “Bakı” qəzetinə dəvət alıb. 1959-cu ildə Azərtac dövlət informasiya agentliyinə dəvət olunub.
Moskvada “Fotoreportaj və jurnalistika” kurslarını bitirmişdi. Y.Xəlilov keçmiş SSRİ-də tanınıb və yüksək qiymətləndirilib. Respublikada yeganə fotojurnalistdir ki, 5 Olimpiadada işləyib – Münxendə, Monrealda, Moskvada, Los-Ancelesdə və Seulda. Olimpiya çəkilişləri üzrə qran-pri mükafatına layiq görülüb. 

Y.Xəlilov “Qızıl qələm” mükafatının laureatı, respublikanın əməkdar jurnalisti və əməkdar incəsənət xadimidir.

Milli fotojurnalistikamızın inkişafında özünəməxsus xidmətləri olan Yaşar Xəlilov “Şöhrət” ordeni ilə təltif edilmiş, bir sıra fəxri adlara layiq görülmüşdü.

Allah rəhmət eləsin…

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...