Modern.az

Komitə sədrindən Mərkəzi Banka və Maliyyə Nazirliyinə ÇAĞIRIŞ  

Komitə sədrindən Mərkəzi Banka və Maliyyə Nazirliyinə ÇAĞIRIŞ    

Aktual

29 İyun 2018, 12:24

“Azərbaycan iqtisadiyyatı 3.2 dəfə artıb. Ölkənin valyuta ehtiyatları Ümumi Daxili Məhsula bərabər səviyyədədir”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “2018-ci ilin dövlət büdcəsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Onun sözlərinə görə, əldə olunan uğurlar ölkə rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir.

“Dövlət Neft Fondunun gəlirləri 5.2 milyard dollar artıb. Gömrük Komitəsində proqnozlar uğurla icra edilib”-deyə Z.Səmədzadə qeyd edib.

Deputatın fikrincə, Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında əməkdaşlıq genişləndirilməlidir ki, ölkənin maliyyə sistemi daha da təkmilləşsin.

“Əgər qurumlar arasında birgə əməkdaşlıq həyata keçirilərsə, uğurlarımız daha da çox olar”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər