Modern.az

Tanınmış ekoloq: “Artezian quyuları qazdıranlar  millətin belini qırırlar”  

Tanınmış ekoloq: “Artezian quyuları qazdıranlar  millətin belini qırırlar”   

Aktual

29 İyun 2018, 13:11

Azərbaycanda bu il də iyul və avqust aylarında anomal isti hava şəraitinin daha çox müşahidə ediləcəyi gözlənilir. Lakin iyun ayında da  kifayət qədər yüksək temperatur müşahidə edilir.

Bakıda və Abşeron yarımadasında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 35-38, bəzi yerlərdə 40 dərəcə isti olacağı, Azərbaycanın rayonlarında iyulun 2-dək anomal isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 38-41, bəzi yerlərdə 43 dərəcə isti olacağı gözlənilir.

Belə olan halda əksər insanlar xüsusilə bölgələrdə  su qıtlığının yaranacağından, bulqaların quruyacağından narahat olurlar.

Bu, nə dərəcədə reallığa uyğundur? Anomal istilər su qıtlığına səbəb ola bilərmi?

Ekoloq Telman Zeynalov Modern.az saytına danışarkən bildirib ki, su qıtlığının yaranması ilə bağlı dünyada kifayət qədər çirkin təbliğatlar gedir:

“Halbuki bu, reallığa uyğun deyil, sadəcə camaatı qorxudurlar. Söhbət yağıntıların miqdarının azalmasından  gedir. Yağıntılar çox olanda qrunt sularının səviyyəsi yuxarı qalxır, dağlarda nə qədər istəyirsiniz su olur.  Lakin bir neçə müddətdir yağıntı müşahidə edilmir və qrunt sularının səviyyəsi aşağı düşüb. Digər tərəfdən əsasən Bərdə, Tərtər zonasında ermənilər kanalların qabağını kəsiblər. Buna görə də kanallar quruyub. Həmçinin bizimkilər pul qazanmaq üçün çayın məcrasında yerləşən karxanalarda daşları xırdalayırlar, buna da su lazımdır və artizan quyulardan istifadə edirlər. Hərəsi  2-3 dənə artizan quyusu qazır, orda da 15 karxana var.  Ona görə də kənd camaatı şikayətlənir ki, qrunt sularımızın səviyyəsi aşağı düşüb, su götürə bilmirik. Belə də olacaq. Çünki biz birinci özümüzə düşmənçilik edirik.

Pul qazanmaq lazımdır, lakin bu dərəcədə yox. Düşünün, hər karxanada ermənilər  onsuz da çayın məcrasında suyun qabağını kəsib. Sən də pul üçün fürsətdən istifadə edib daşları xırdalayırsan, artizan quyuları qazırsan. Belə olduğu halda qrunt sularının səviyyəsi aşağı düşür, kənd təsərrüfatı məhsulları məhv olur, qiymətlər qalxır, millətin belini qırırlar. Bunlar hamısı bir-birinə bağlı proseslərdir”.


Ekoloq qeyd edib ki, su qıtlığı ilə bağlı heç kim proqnoz verə bilməz:

“Azərbaycanda 8400 çay var. Ola bilər, müvəqqəti olaraq yayda çaylarda su axmasın. Amma altı sudur, axı... O sudan istifadə etmək lazımdır.  Həmçinin yağış sularını kənd təsərrüfatında istifadə etmək üçün anbarlaşdırmaq lazımdır. Biz bunu etmirik, əvəzində tənbəllik edirik.  Su qıtlığı ilə əlaqəli informasiyaların  mətbuatda əks olunması  kommersantlara xidmət edir. Bu gün suyun qiyməti bahadır. Sabah 1 litr su 5 litr benzindən baha olacaq. Bu cür şəraiti antitəbliğat kampaniyaları vasitəsilə özümüz yaradırıq.

Halbuki Azərbaycan 9 iqlim qurşağı var,  torpağın üstü qurusa da, altı sudur, havada kifayət qədər su var. Dövlət alimlərə pul ayırsa, onlar  havadan da su əldə edə bilərlər. Azərbaycan heç vaxt sudan korluq çəkməz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir